Icma.az
close
up
RU
Dedi ki, parik satıb pul qazanacağıq 362 mininlik məhkəmə

Dedi ki, parik satıb pul qazanacağıq 362 mininlik məhkəmə

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ağa Mübariz oğlunun məhkəmə prosesinin ilin baxış iclası keçirilib.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə,  təqsirləndirilən şəxs Ağa Məmmədov zərərçəkən şəxs Məmmədov Anar Vaqif oğlunun 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının sonuna kimi 362 min 230 manat pulunu qadın pariki alıb satmaq adı ilə alaraq dələduzluq edib. Anar Məmmədov ifadə verərək bildirib ki, əvvəllər mebel və parfüm işi ilə məşğul olub. Bu dövr 2007-ci ildən 2020-ci ilə kimi olan dövrü əhatə edir. Bu işə qoşulanda restoran işi ilə məşğul olub. Mən həmin vaxtı 2 yerdə ev almaq istəyirdim, ancaq hamısını verdim Ağaya. Bu məbləğ məndən başqa 2 dostumun olub, mənim 204 min pulum olub".

Məhkəmənin növbəti gedişində şahid, təqsirləndirilən şəxsin anası Şahidə Məmmədova ifadə verib:

"Oğlumun iş yerinə gedəndə orda bir borc dəftəri gördüm. Ağa dedi Anar adlı şəxsə 50 min borcum var. 2 qohumumdan 30 min bir, 7 min də bir borc alıb verdim. Sonra evimi satıb həmin borcları verdim. Təqsirləndirilən şəxs, hazırda  polis nəzarəti qətimkan tədbiri seçilən Ağa Məmmədov sərbəst ifadə verərək bildirdi ki, insanların başına parik yapışdırmaq işi ilə məşğul olub: "Bir dəfə mənə təcili 500 manat pul lazım oldu, parik saçı alıb satmalı idim. Bir günə 600 manat xeyir var idi. Göndərdi deyilən məbləği, bir günə alıb yapışdırıb satdım, xeyrin yarısını da Anara göndərim. Sonra Anarla görüşdük və razılaşdıq bir yerdə işləməyə. İlk olaraq 15 min manat verdi, üstündə 5 min 700 manat manat xeyirlə qısa müddətə qaytardım. İşimiz bundan ibarət idi ki, Ruslan adlı şəxsə parik saçın rəngini, formasını sifariş verirdik, o da ya Çindən, ya da Türkiyədən sifarişi gətirirdi. Malın çatdırılıb satılmasının müddəti 4 gün idi. Ümumilikdə aramızda 50 dəfədən çox pul alveri olub. Mənim Anara qalan borcum 48 min manatdır".

Sonra Mollayev Tahir Hamlet oğlu şahid qismində ifadə verərək bildirdi ki, Ağa Məmmədov mənə 140 min manat ziyan vurub, əslində mən zərərçəkənəm, şahid yox. Ağanı Günay adlı bir xanım vasitəsilə tanımışam. 56 min, 40 min və müxtəlif məbləğdə pul verdim, 3-4 aya qazanc verməli idi. Nə isə, bu pul şişdi oldu 150 min. Bu işdə Fərid adlı şəxslə ofisdə tanış oldum. Mənim pulum Ağada yox, Fəriddədir. Orda mənə saç pariklərini göstərdilər. Sonra Ağa qaçdı, 2 ildən sonra qayıdıb gəldi.

Hakim Elmir Rüstəmov Tahir Mollayevə bildirdi ki, sən bu işdə mülki münasibətlərlə bağlı məhkəməyə müraciət edə bilərsən, sən bu cinayət işində faiz verən kimi tanınmısan.

Məhkəmə prosesi 28 dekabr tarixinə kimi təxirə salındı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri