Icma.az
close
up
RU
İş adamının 362 mini mənimsənilib Dedi ki, parik satıb pul qazanacağıq

İş adamının 362 mini mənimsənilib Dedi ki, parik satıb pul qazanacağıq

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ağa Mübariz oğlunun məhkəmə prosesinin ilin baxış iclası keçirilib.
Məlumata görə, təqsirləndirilən şəxs Ağa Məmmədov zərərçəkən şəxs Məmmədov Anar Vaqif oğlunun 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının sonuna kimi 362 min 230 manat pulunu qadın pariki alıb satmaq adı ilə alaraq dələduzluq edib. Anar Məmmədov ifadə verərək bildirib ki, əvvəllər mebel və parfüm işi ilə məşğul olub. Bu dövr 2007-ci ildən 2020-ci ilə kimi olan dövrü əhatə edir. Bu işə qoşulanda restoran işi ilə məşğul olub. Mən həmin vaxtı 2 yerdə ev almaq istəyirdim, ancaq hamısını verdim Ağaya. Bu məbləğ məndən başqa 2 dostumun olub, mənim 204 min pulum olub".
Məhkəmənin növbəti gedişində şahid, təqsirləndirilən şəxsin anası Şahidə Məmmədova ifadə verib: "Oğlumun iş yerinə gedəndə orda bir borc dəftəri gördüm. Ağa dedi Anar adlı şəxsə 50 min borcum var. 2 qohumumdan 30 min bir, 7 min də bir borc alıb verdim. Sonra evimi satıb həmin borcları verdim.
Təqsirləndirilən şəxs, hazırda polis nəzarəti qətimkan tədbiri seçilən Ağa Məmmədov sərbəst ifadə verərək bildirdi ki, insanların başına parik yapışdırmaq işi ilə məşğul olub: "Bir dəfə mənə təcili 500 manat pul lazım oldu, parik saçı alıb satmalı idim. Bir günə 600 manat xeyir var idi. Göndərdi deyilən məbləği, bir günə alıb yapışdırıb satdım, xeyrin yarısını da Anara göndərim. Sonra Anarla görüşdük və razılaşdıq bir yerdə işləməyə. İlk olaraq 15 min manat verdi, üstündə 5 min 700 manat manat xeyirlə qısa müddətə qaytardım. İşimiz bundan ibarət idi ki, Ruslan adlı şəxsə parik saçın rəngini, formasını sifariş verirdik, o da ya Çindən, ya da Türkiyədən sifarişi gətirirdi. Malın çatdırılıb satılmasının müddəti 4 gün idi. Ümumilikdə aramızda 50 dəfədən çox pul alveri olub. Mənim Anara qalan borcum 48 min manatdır".
Sonra Mollayev Tahir Hamlet oğlu şahid qismində ifadə verərək bildirdi ki, Ağa Məmmədov mənə 140 min manat ziyan vurub, əslində mən zərərçəkənəm, şahid yox. Ağanı Günay adlı bir xanım vasitəsilə tanımışam. 56 min, 40 min və müxtəlif məbləğdə pul verdim, 3-4 aya qazanc verməli idi. Nə isə, bu pul şişdi oldu 150 min. Bu işdə Fərid adlı şəxslə ofisdə tanış oldum. Mənim pulum Ağada yox, Fəriddədir. Orda mənə saç pariklərini göstərdilər. Sonra Ağa qaçdı, 2 ildən sonra qayıdıb gəldi.
Hakim Elmir Rüstəmov Tahir Mollayevə bildirdi ki, sən bu işdə mülki münasibətlərlə bağlı məhkəməyə müraciət edə bilərsən, sən bu cinayət işində faiz verən kimi tanınmısan.
Məhkəmə prosesi 28 dekabr tarixinə kimi təxirə salınıb(Unikal).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri