Icma.az
close
up
RU
“Məşədi Dadaş” məscidində suiqəsd cəhdi: “Dedi, 12ci imamam…” KONKRET

“Məşədi Dadaş” məscidində suiqəsd cəhdi: “Dedi, 12ci imamam…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclas zərərçəkmiş Rəsul Həsənlinin ifadəsi ilə başlayıb.

Rəsul məsciddə könüllü xidmətçilik edib. Təqsirləndirilən şəxslə də ilk dəfə o görüşüb:

“Elşəni cəmi iki dəfə görmüşəm. Birinci dəfə gələndə dedi ki, imamla görüşmək istəyir. İmam məşğul olduğu üçün həmin gün görüşə bilməyəcəklərini dedim. Bir neçə gün sonra yenə gəldi. Dedi, mən 12-ci imamam, təcili imamı görməliyəm. Ardınca imamın qapısını açmağımı tələb etdi. Mən razı olmadığımı bildirən kimi cibindən bıçaq çıxarıb üstümə hücum çəkdi. İlk zərbə qulağıma dəydi. İkinci dəfə də qarın nahiyəmdən vurdu. Artıq bununla baş edə bilməyəcəyimi bilib qaçdım”.

Zərərçəkmişin sözlərinə görə, Elşən məhz imamla görüşünə icazə vermədiyi üçün onu vurub. O, yaralı vəziyyətdə qaçanda Rəsulu söyüb, onu da, qardaşını da, imamı da öldürəcəyini deyib.

Dövlət ittihamçısını maraqlandıran birinci məsələ təqsirləndirilən şəxsin əvvəllər məsciddə ibadət etməyə gəlib-gəlmədiyi, bundan başqa hadisədən əvvəl özünü şübhəli aparıb-aparmamasıdır.

Zərərçəkmiş Elşəni əvvəl heç vaxt məsciddə görmədiyini bildirib. Hadisə günü isə onda bir narahatlıq hiss etməyib, normal biri kimi yaxınlaşıb.

Elşən Hüseynov zərərçəkmişin dedikləri ilə razılaşmayıb.

Proses şahidlərin ifadəsi ilə davam edib.

Şahid Elmira Əhmədova hadisə baş verən məscidin qarşısında dini mağazada satıcı işləyir. Zərərçəkmiş Rəsul Həsənli qulağından xəsarət alandan sonra onun mağazasına gəlib, kömək istəyib. Şahidin dediyinə görə, pəncərədən baxanda Elşənin də onun dalınca qaçdığını görüb:

“Rəsul qulağından xəsarət almış formada mağazaya girdi. Kömək istədi. Çölə baxanda gördüm bir nəfər də əlində nə isə bir əşya mağazaya tərəf gəlir. Yüksək səslə söyüş söyürdü”.

Növbəti şahid Dəyanət Mehdiyev hadisədən bir neçə dəqiqə sonra ibadət etmək üçün məscidə gəlib. Həmin vaxt təqsirləndirilən şəxsi görüb. Üstü qan olduğu üçün ona yaxınlaşıb, nə baş verdiyini soruşub:

“Elə bildim bunu təkləyiblər. Yaxınlaşanda dedi ki, yaxın durma başın ağrıyar. Sonra qayıtdı ki, bəs mən sonuncu peyğəmbərəm. Bunu deyəndən sonra düşündüm ki, bu normal deyil. Uzaqlaşıb getdim”.

Məhkəmədə iştirak etməyən şahidlər də bənzər ifadə veriblər. Onların ifadəsi elan edilmiş hesab edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri də “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovdur. Şərbətov əvvəlki prosesdə ifadə verib.

Onun ifadəsini də əldə etmişik.

Şərbətov deyib ki, Elşən sonuncu hadisədən əvvəl onunla görüşmək üçün bir neçə dəfə məscidə gəlib. Çox israr etdiyi üçün bir dəfə onu qəbul edib:

“Dedi ki, uzun illər həbsdə olub. “İçəridə” olduğu müddətdə tüpürcəyini udmadan yerə tüpürdüyü üçün tam günahlarından təmizlənib. İsrar edirdi ki, ona vergi verilib və hazırda ən məsum imamlardan olan 12-ci imam Mehdidir. Məndən də tələb edirdi ki, onun 12-ci İmam Mehdi olduğunu hamıya elan edim. Söylədiklərinin müzakirəyə çıxarılacağını dedim. Bundan sonra çıxıb getdi. Onu ciddi qəbul etmədiyim üçün dediklərini heç kimə danışmadım. Üstündən bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi”.

Əli Şərbətov sonda imam kimi heç kimlə şəxsi qərəzi olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri