Icma.az
close
up
RU
Dedi Qodu kafesində ofisiant qadın stulla döyüldü Təfərrüat

Dedi Qodu kafesində ofisiant qadın stulla döyüldü Təfərrüat

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Qaradağ rayonunda kafedə dava olub, müştəri ofisiant qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində, 14-cü kilometr dairəsinin yaxınlığında yerləşən "Dedi-Qodu" kafesində baş verib.
Saatlı rayon sakini, 1994-cü il təvəllüdlü Sənan kafedə ofisiant işləyən Güneli qısqanması və hesabın artıq gəlməsini bəhanə edərək xuliqanlıq hərəkətləri edib. Sonra isə qadına xəsarət yetirib.
Sənanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səbail rayonu, Bayıl qəsəbəsində faktiki yaşayır:
“Zərərçəkmiş Günelin hadisə nəticəsində aldığı xəsarət düzgün göstərilməyib. Zərərçəkmiş şəxslə əvvəlcədən tanışlığım olub. Hadisə günü, təxminən axşam saat 23-24 arası sərxoş vəziyyətdə olmuşam. Səhhətimdə hər hansı problem olmayıb. “Lökbatan” dairəsinin yaxınlığında yerləşən “Dedi-Qodu” kafesində 1 xadimə, 3 ofisiant olub. Kafe böyük zaldır, kənarında barı var, çöldə də oturacaqlar qoyulub. Mən həmin kafeyə sərxoş vəziyyətdə gəlmişəm. Orada da spirtli içki qəbul etmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, “Dedi-Qodu” kafesində olarkən gecə saat 3 radələrində Günellə hazırda xatırlamadığı səbəbdən mübahisə etməyə başlayıb və stulu götürərək onun başından vurub:
“Bundan sonra Günel mətbəxə getdi. Mən də mətbəxə gedərək onun başının çapıldığını gördüm. Sonradan zərərçəkmiş şəxsin türk şəriki gəldi və mən də kafedən aralandım. Hadisədən bir neçə ay sonra zərərçəkmiş şəxslə barışmışam”.
Təqsirləndirilən şəxs bildirib ki, əməlindən peşmandır, hadisə zamanı sərxoş vəziyyətdə olub, belə hadisə gərək olmazdı, zərərçəkmiş şəxsə dəymiş zərəri hissə-hissə ödəməyə hazırdır, zərəri tam ödəməyə maddi imkanı yoxdur.
Zərərçəkmiş Günelin sözlərinə görə, “Lökbatan” dairəsinin yaxınlığında yerləşən "Dedi-Qodu" kafesini işlədir:
“Məlum hadisə günü axşam saatlarında Sənan adlı şəxs yanında tanımadığım dostları ilə birlikdə işlədiyim kafeyə gəldi. Onlar kafedə əyləşdilər və bir qədər spirtli içki qəbul etdilər. Onlara özüm qulluq etdikdən sonra gecə saat 3 radələrində Sənan hesabı istədi. Həmin vaxt hesabı Sənangilə təqdim etdim. Bu vaxt Sənan hesabın çox olduğunu bildirdi və mənimlə mübahisə etməyə başladı. Həm də Sənanın məndən xoşu gəldiyini bilirdim. Həmin vaxt Sənan yüksək səslə nalayiq ifadələr işlədərək hesabın çox olduğunu bildirdi. Sənana sakit olmasını dedim. Bu zaman Sənan sərxoş olduğu üçün daha da aqressivləşdi və qəflətən kafedə yerdə olan dəmir stulu götürərək baş nahiyəmdən vurdu. Mən tez oradan qaçaraq mətbəxə sığındım. Mətbəxdə kafedə işləyən qızların köməkliyi ilə onlar kafedən çıxarıldılar. Bundan sonra xəstəxanaya, oradan da polis bölməsinə müraciət etdim”.
Zərərçəkmiş deyib ki, hadisənin baş verməsinə səbəb Sənanın kafedə spirtli içki qəbul etdikdən sonra onu qısqanması, həm də hesabın çox olmasını bəhanə etməsi olub:
“Hadisə zamanı Sənan yalnız qollarımdan tutaraq sıxdı və əyləşdiyi masanın yanında olan stulu qaldıraraq sifətimdən və başımdan vuraraq mənə xəsarət yetirdi. Hadisə təxminən 8-10 dəqiqə ərzində baş verdi. Hadisə zamanı orada özüm, Aynurə, Arəstə, Lalə, yəni Məhsəti, eləcə də Sənan və Sənanla birlikdə kafedə yeyib-içən tanışları olub və bu hadisənin şahidi olublar”.
Günel qeyd edib ki, bu hadisədən əvvəl Sənan dəfələrlə onun icarə əsasında işlətdiyi həmin kafeyə gəlib: “Hər dəfə də Sənan tanışları ilə birlikdə gəlib və spirtli içki qəbul edib. Sənanın məndən xoşu gəldiyini bilmişəm. Lakin Sənanla heç vaxt sevgili olmamışam. Buna görə də Sənan həmişə məni qısqanıb. Ancaq bu hadisəyə kimi Sənan məni heç vaxt vurmayıb, xəsarət yetirməyib. Bizim aramızda heç vaxt mübahisə olmayıb. Bu hadisədən sonra Sənanla görüşməmişəm”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Sənan 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri