Icma.az
close
up
RU
“Dedilər ki, Afaq Prezidentə özünə görə müraciət edib”

“Dedilər ki, Afaq Prezidentə özünə görə müraciət edib”

Icma.az, Olay.az saytına istinadən bildirir.

“Dedilər ki, Afaq Prezidentə özünə görə müraciət edib”

Xalq artisti Afaq Bəşirqızı tez-tez teatrın problemlərini dilə gətirməsindən danışıb. 

OLAY yazır ki, sənətçi bu barədə “Pərvizə görə”də açıqlama verib.  O bildirib ki, teatrın və aktyorun problemi bitən deyil:

“Mənim Prezidentim çox gözəl işlər gördü, ən əsas iş isə, Musiqili teatra Akademik adı verildi. O Musiqili teatrdakı Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Münəvvər Kələntərli, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi aktyorlar olub. Bu, olmazdı. Bu qədər etinasızlıq, haqsızlıq... Onu da deyim ki, Musiqili Teatrlara Akademik adı verilmir. Mən Prezidentə müraciət edəndə 250 manat maaş alırdım. Sonra qulağıma çatdı ki, deyirlər, Afaq bunu özünə görə etdi. Aparıcı aktrisaydım, səhnə ustasıydım, tanınmış adam idim, 250 manat maaş idi. Çünki 3-cü kateqoriya teatr idi. Teatrlar da var ki, cənab Prezident əmr verdi, çox sağ olsun. Maaşlar 50 faiz artdı, Akademik olanlarda isə 150 faiz artdı. 120 manatı 130 manatın üstünə gəl 250 manat olur. Problem bundadır ki, 250 manatla aktyorun dolanışığı yoxdur. Respublikanın iqtisadiyyatı, müharibədən çıxması.... Biz savaşda daş atmamışıq, misilsiz silahlardan istifadə etmişik. Şəhidlərimizin ailələrinin qayğıları, qazilərimizin qayğılarını dərk edirik. Amma mənə elə gəlir ki, biz həmin yumruğa sıx birləşməliyik. Öz gələcəyimizi qurmaq üçün o yumruğu möhkəmləndirməliyik. Balalarımızın, nəvələrimizin, Vətənimizin gələcəyi üçün...  Biz burada aş üstündə toyuğuqsa, xaricdə heç qazanın qazmağı da deyilik. Mən Amerikada qastrolda olanda bir professoru gördüm, restoranın qapısını açırdı, mühafizəçi idi. Ona müraciət etmək istəyirdim ki, adı yadımdan çıxdı. Adını yadıma salmağa çalışırdım ki, filan universitetdə dərs deyib. Xəbər gəldi ki, “security”nin ürəyi partladı öldü, birdən yıxıldı. Elə bilirsiniz ki, xaricdə gözlənilirik. Vətəni deyə-deyə tərk edirlər. Burada isti yerində yatırsan, heç nə olmur bürünürsən. Amma bilirsən ki, öz vətənindir. Heç olmasa sabaha ümidin var. Amma xarici ölkədə sabaha ümid yoxdur. Tanıyırsan, adımı bilirsən, bilirsən ki, kiməm nəçiyəm. Ola bilir ki, çox savadlı olasan kompüterin nəsə detallarını biləsən, onda da səndən istifadə edirlər, yenə də lazım olan məvacibi verməmək şərti ilə”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://olay.az
archiveBu xəbər 03 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri