“Dəfələrlə demişik ki, psixoloji gərginlik içində olan şəxslər efirə çıxarılmasın...”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dəfələrlə sosial platformalarda televiziya verilişlərindən fraqmentlər görürəm. Dəfələrlə şahidi olmuşam ki, qadın hüquqlarını müdafiə etməli olanlar elə efirdəcə qadını linc edir, sözünü ağzında qoyurlar. Dəfələrlə demişik ki, psixoloji gərginlik içində olan şəxslər efirə çıxarılmasın, çünki bu, həm onların vəziyyətini ağırlaşdırır, həm də cəmiyyətin qadınlara dair yanlış təsəvvürlərini dərinləşdirir”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Dəfələrlə təklif etmişik ki, sosial proqramlarda heç olmasa ekranın bir küncündə yardım xidmətlərinin, sığınacaqların, qaynar xətlərin ünvanları göstərilsin. Amma nəticə? — yenə eyni mənzərə, eyni laqeydlik. İndi hamı Ləmanı niyə xilas edə bilmədik deyə soruşur? Sizcə Ləman bunları gördükdən sonra kiməsə etibar edərdimi?... Bir az da bu barədə düşünün ki: qadın hüquqları kimi dərin, travmatik və sosial məsuliyyət tələb edən mövzular əksər hallarda reytinq xatirinə “emosional şouya” çevrilir. Qonaqlar seçilərkən ekspertlik yox, qalmaqal potensialı əsas götürülür. Nəticədə efirdə fikir deyil, emosional qarşıdurma qalır. Verilişə gedənlər də, məhşurlaşmağı yox, insan həyatını cüzi də olsa düşünsünlər”,- deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















