Icma.az
close
up
RU
Dəhlizlərimizdən Gürcüstan da böyük gəlirlər qazanır Deputat

Dəhlizlərimizdən Gürcüstan da böyük gəlirlər qazanır Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycanla qaz alışı üzrə razılığa gələcəyinə ümid etdiklərini bildirib. O, İctimai Televiziyaya verdiyi müsahibədə, tərəflərin qarşılıqlı faydalı bir razılaşma əldə edəcəyini vurğulayıb.

Xatırladaq ki, iki ölkə arasında Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü üzrə mövcud sazişin müddəti 2026-cı ilin sonunda başa çatır.

Azərbaycan-Gürcüstan arasında qaz tədarükü sazişinin 2026-cı ildən sonra uzadılması Azərbaycanın enerji ixracı strategiyasına necə təsir göstərə bilər? Cənub Qaz Dəhlizi çərçivəsində Gürcüstanın mövqeyi Azərbaycan üçün iqtisadi baxımdan nə dərəcədə strateji əhəmiyyət daşıyır?

Redaktor.az-a danışan Milli Məclisin üzvü Azər Badamov bildirdi ki, Gürcüstan qaz tələbatını 90 faiz Azərbaycandan idxalla təmin edir:

"Bu baxımdan Azərbaycanla Gürcüstan arasında qaz tədarükü sazişinin 2026-cı ildən sonra uzadılması ilk növbədə Gürcüstanın enerji təhlükəsizliyinin təminatı deməkdir. Azərbaycanın karbohidrogen resurslarının beynəlxalq bazarlara ixrac olunduğu əsas ixrac xətləri də Gürcüstan ərazsindən keçir. Belə ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə ildə təxminən 23 milyard kubmetr qaz ixrac edir. Bu da Gürcüstanın dövlət büdcəsinə qaz tranzitinə görə böyük gəlirlərin gəlməsinə imkan veirir".

Onun sözlərinə görə, Azərbaycan - Gürcüstan münasibətlərinin gün-gündən möhkəmlənməsi qarşılıqlı fayda və hörmət əsasındadır.

"İlk növbədə qeyd etmək istəyirəm ki, Gürcüstan nəqliyyat, neft və qaz dəhlizlərinin keçdiyi əsas qapıdır. Yaxın zamanlarda Gürcüstan ərazisndən yaşıl enerji dəhlizinin də tikintisi razılaşdırılıb. Bu o deməkdir ki, dəhlizlərimizdən Gürcüstan da böyük gəlirlər qazanır. Bu baxımdan ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və əməkdalıq müqavilələrin uzun müddətli olması ölkələrimizə qarşılıqlı faydalar gətirir", - deyə Azər Badamov bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri