Icma.az
close
up
RU
“Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda nümunədir” DEPUTAT

“Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda nümunədir” DEPUTAT

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq son illərdə daha da güclənərək siyasi müstəvidə yeni mərhələyə qədəm qoyub.

Tarixi və mədəni bağlara əsaslanan bu münasibətlər regionun inkişafına və təhlükəsizlik mühitinə mühüm təsir göstərir.

Bəs bu əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazın gələcək taleyini və sabitlik balansını hansı formada dəyişə bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı əlaqələr dərin tarixi köklərə əsaslanır.

Deputat vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasındakı hərtərəfli münasibətlər strateji dostluq və yaxşı qonşuluq prinsiplərinə əsaslanır və qədim tarixi bağlardan güc alır:

“Bu əlaqələr dərin tarixi köklərə söykənir. Azərbaycan və Gürcüstan sözün əsl mənasında nümunəvi qonşu ölkələrdir. Cənubi Qafqazda siyasi tarazlığın qorunması baxımından “nümunəvi qonşuluq necə olmalıdır?” sualı ortaya çıxarsa, bu nümunə məhz Azərbaycan və Gürcüstan ola bilər.

Zaman keçdikcə münasibətlər daha da strateji xarakter alaraq bütün sahələri əhatə edib. Buraya siyasi, mədəni, humanitar, hərbi və hərbi-sənaye əməkdaşlığı daxildir. Azərbaycan Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynayır və onun üçün əvəzolunmaz tərəfdaşdır.

Xüsusilə Azərbaycanın neft və qazının Gürcüstan üzərindən Avropaya çatdırılması, eləcə də bir çox nəqliyyat və enerji qovşaqlarının birgə istifadəsi bu əməkdaşlığın parlaq nümunəsidir. Gürcüstan isə bütün istiqamətlərdə Azərbaycana etibarlı qonşu və sadiq dost münasibəti göstərir”.

Deputat Gürcüstanda kifayət qədər soydaşımızın yaşadığını da xatırladıb:

“Onların mədəni muxtariyyəti, Azərbaycan məktəblərinin fəaliyyəti, Azərbaycan dilinin inkişaf etdirilməsi, eləcə də Gürcüstan parlamentində azərbaycanlı deputatların təmsil olunması və onların aktiv fəaliyyəti əməkdaşlığın bariz göstəricilərindəndir. Azərbaycanda yaşayan gürcülərin də milli-mədəni dəyərləri dövlət tərəfindən qorunur və inkişaf etdirilir.

Ümumilikdə, iki ölkə bütün sahələrdə münasibətlərini davamlı şəkildə inkişaf etdirir və bu əlaqələr zaman keçdikcə daha da yüksəlir.

Ölkə başçılarının şəxsi münasibətləri, xalqlar arasındakı dostluq Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsində açar rol oynayır.

Əminik ki, bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və hər zaman yaxşı nümunə olaraq qalacaq”.

Gülxanım Əliyeva 

Gununsesi.info

.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri