Dəhşətli qətlin təfərrüatları ÜZƏ ÇIXDI Ananı öldürüb qızını… Yeni Çağ Media
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın Mannheim Torpağı Məhkəməsində ukraynalı qadını və onun anasını öldürməkdə ittiham olunan ər-arvadın məhkəmə prosesi başlayıb. Təqsirləndirilən şəxslər cinayətləri ilə bağlı peşmançılıqlarını ifadə edib, baş verənləri etiraf ediblər.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, prokurorluğun təqdim etdiyi məlumatlara əsasən, cinayət keçən ilin mart ayında baş verib.
Təqsirləndirilən şəxslər 27 yaşlı qadını və onun 51 yaşlı anasını qətlə yetirərək, gənc qadının beş həftəlik körpəsini öz övladları kimi mənimsəməyə çalışıblar. Prokuror bildirib ki, Haydelberq yaxınlığındakı Sandhauzendə yaşayan 45 yaşlı qadın və 43 yaşlı əri uzun illər qız övladı sahibi olmaq arzusu ilə yaşayıb. İttihamçılar qeyd edib ki, qadın bu məqsədlə ukraynalı qaçqınlarla əlaqə qurmaq üçün “Telegram” qrupuna qoşulub və orada ukraynalı ana ilə tanış olub.
Hadisə baş verən zaman ana, nənə və körpə Reyn-Nekkar rayonundakı qaçqınlar üçün sığınacaqda yerləşdirilmişdi. Cinayətkar ailə qaçqın sığınacağında yaşayan qadınları öldürdükdən sonra onların meyitləri Reyn çayı sahilində aşkar edilib. Körpə isə sağ-salamat tapılaraq xilas edilib. Hazırda uşaq Ukraynada bibisinin himayəsindədir.
Məhkəmə prosesi üçün doqquz dinləmə günü planlaşdırılıb və hökmün fevralın 21-də elan ediləcəyi gözlənilir. Hadisə ilə bağlı istintaq davam edir.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 07 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















