Dəhşətli yanğın: ana və 4 uşağı öldü, 2 uşağı qonşu xilas etdi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Komomolsk-na-Amure şəhərindəki yaşayış binasının mənzillərindən birində baş verən yanğın nəticəsində qadın və onun 4 uşağı ölüb. Daha 2 azyaşlı uşağı isə qonşu xilas edib.
Modern.az xəbər verir ki, hadisə oktyabrın 8-də səhər saatlarında şəhərin Qamarnik küçəsində yerləşən binanın 4-cü mərtəbəsində baş verib. Bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə idarəsi məlumat yayıb.
Yanğının söndürülməsi zamanı mənzildə 5 nəfərin – qadın və onun 4 uşağının meyiti aşkarlanıb. Daha 2 azyaşlı uşağı isə qonşular xilas etməyə nail olublar.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
Yanğın zamanı mənzildə olan 2 qızı qonşu İqor Valşteyn xilas edib. Onun sözlərinə görə, həyat yoldaşı uşaqların qışqırıq səsini eşidərək onu oyadıb.
Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin sağ qalan qızların vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, hazırda uşaqlar həkimlərin nəzarətindədir. Qızlardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.
Demeşin uşaqları xilas edən İqor Valşteyni mükafatlandıracağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Oktyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















