Icma.az
close
up
RU
Dekabrın 1dən Applea ödəniş zamanı vətəndaşların hesabına ƏDV hesablanmayacaq

Dekabrın 1dən Applea ödəniş zamanı vətəndaşların hesabına ƏDV hesablanmayacaq

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Apple Distribution International Limited” şirkəti Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.

Banco.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.

Qeyd edək ki, “Apple Distribution International Limited” Şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının  (https://ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb.

Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitorinqini əhatə etməklə sadə interfeysə malikdir. Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

“Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət, əsasən, “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.

Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see297

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see143

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see123

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri