Icma.az
close
up
RU
Dələduzların “Kapital Bank”ı seçməsinin səbəbi məlum oldu

Dələduzların “Kapital Bank”ı seçməsinin səbəbi məlum oldu

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, son zamanlar bank kartlarından külli miqdarda vəsait oğurlanır. Oğurluq əsasən “Kapital Bank”ın kartından edilir.

Vətəndaşlar artıq adıçəkilən bankda vəsait saxlamaqda ehtiyat edirlər. Təəssüf ki, baş verən oğurluqla bağlı konkret cavab əldə etmək mümkün olmur.

Niyə məhz “Kapital Bank”? Səbəb nədir?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, edilən oğurluqların əsasən “Kapital Bank”a aid kartlardan olması ilk növbədə bu bankın ölkədə ən geniş istifadəçi bazasına malik olması ilə əlaqədardır.

Onun sözlərinə görə, əgər ölkədə ən çox kart həmin bank tərəfindən verilibsə, təbii ki, dələduzlar da kütləvi şəkildə bu istifadəçiləri hədəf seçəcəklər:

“Bu, texniki zəiflikdən deyil, daha çox statistik ehtimalla bağlıdır. Yəni fişinq hücumları zamanı çoxlu sayda insanın məlumatına çıxmaq istəyən kiberdələduzlar ən çox istifadə olunan bankı seçirlər ki, şansları daha yüksək olsun. Digər tərəfdən, istifadəçilərin texnoloji savadlılığının az olması, məlumatların hər kəsə rahatlıqla verilməsi, təsadüfi linklərə kliklənməsi də bu problemləri artırır”.

Elvin Həsənov

Mütəxəssis deyib ki, burada əsas məsuliyyət yalnız bankın deyil, həm də istifadəçilərin üzərinə düşür:

“Buna görə də vacib olan əsas məqam maarifləndirmədir. Vətəndaş bilməlidir ki, heç bir bank əməkdaşı ondan kart məlumatı, PIN və ya SMS kodu tələb etmir. Belə hallar yaşandıqda həmin şəxslərlə danışmamaq, məlumat paylaşmamaq və dərhal aidiyyəti orqanlara xəbər vermək ən düzgün addım olacaq”.

Məsələ ilə bağlı Globalinfo.az “Kapital Bank”a sorğu ünvanlayıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri