Dələduzların yeni pul tələsi: Oğurlanan milyonları belə gizlədirlər KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiberdələduzlar oğurladıqları pulları əsasən kriptovalyuta platformaları və ödəniş emalı xidmətləri vasitəsilə dövriyyədən çıxarırlar. Bu üsulların izinə düşmək isə hüquq-mühafizə orqanları üçün əlavə çətinliklər yaradır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi TASS agentliyinin sorğusuna cavabında məlumat verib.
Bildirilib ki, dələduzlar oğurlanmış vəsaitləri kriptovalyuta platformaları vasitəsilə öz nəzarətlərində olan elektron pul kisələrinə köçürürlər.
Digər geniş yayılmış üsul isə MDB ölkələrində və Rusiyaya dost hesab edilən digər dövlətlərdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş ödəniş emalı xidmətlərindən istifadədir.
Nazirlik rəqəmsal valyutaların müxtəlif qanunsuz fəaliyyət növlərində geniş yayıldığını vurğulayıb.
Bunun əsas səbəbləri arasında maliyyə əməliyyatlarının yüksək anonimliyi, sərhədlərarası həyata keçirilməsi və mərkəzləşdirilməmiş xarakter daşıması göstərilib.
Məlumatda qeyd olunan üsullar onlayn dələduzluq nəticəsində əldə edilən pulların izini gizlətmək və vəsaitləri başqa hesablara köçürmək üçün istifadə olunur.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















