Icma.az
close
up
RU
Viktoriya dövründə oğurlanan uşaqlıqlar KONKRET

Viktoriya dövründə oğurlanan uşaqlıqlar KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XIX əsrdə İngiltərədə varlı ailələr dəbdəbəli evlərdə, rahat və firavan həyat sürərkən, minlərlə yoxsul uşaq uşaqlığını ağır əmək və əzab içində keçirirdi. Onların oyun meydançaları küçələr və damlar, oyuncaqları isə baca təmizləmək üçün istifadə olunan fırçalar idi. Çünki bu uşaqların əlindən ən qiymətli nemət – uşaqlıq illəri alınmışdı.

Viktoriya dövrü kimi tanınan həmin illərdə yoxsulluq minlərlə uşağı təhlükəli əmək şəraitində işləməyə məcbur edirdi. Onların bir çoxu baca təmizləyicisi kimi çalışdırılırdı.

Tarixi fotoda gördüyümüz iki balaca uşaq həmin dövrün amansız reallığını bütün çılpaqlığı ilə gözlər önünə sərir. Üzləri qurum və his içindədir, geyimləri köhnə və çirklidir. Baxışlarında isə yaşamağa məcbur olduqları ağır həyatın izləri görünür.

Bu uşaqların əksəriyyəti son dərəcə yoxsul ailələrdən gəlirdi. Bəziləri valideynləri tərəfindən işləməyə göndərilir, digərləri isə baca təmizləyən ustalara şagird kimi verilirdi. Ailələri üçün onların qazandığı cüzi pul belə həyati əhəmiyyət daşıyırdı.

Boylarının kiçik olması onları baca təmizləmək üçün “ideal işçi”yə çevirirdi. Uşaqlar əllərində fırça və digər təmizləmə alətləri ilə dar, qaranlıq və havasız bacalara girərək divarlara yapışmış qurum və hisi təmizləyirdilər. Bəzən bu işi çılpaq əllərlə, bəzən də son dərəcə primitiv alətlərin köməyi ilə görürdülər. Lakin bu, sadəcə ağır deyil, həm də ölüm təhlükəsi daşıyan bir iş idi.

Uşaqlar hər gün his və toz udduqları üçün ciddi tənəffüs xəstəliklərinə tutulurdular. Dəriləri zədələnir, bədənlərində yanıqlar və yaralar əmələ gəlirdi. Dar bacalarda ilişib qalmaq, hündürlükdən yıxılmaq və ağır xəsarətlər almaq da tez-tez baş verirdi. Bəziləri isə bu işin fəsadlarını ömürlərinin sonunadək daşıyırdı.

Onlar saatlarla işlədilir, istirahət etmək imkanından məhrum edilirdilər. Məktəbə getmək, yaşıdları ilə oynamaq, dostları ilə vaxt keçirmək və normal uşaqlıq yaşamaq əksəriyyəti üçün əlçatmaz arzu idi.

Bu hekayənin ən acı tərəflərindən biri də cəmiyyətin uzun müddət belə mənzərəyə alışması idi. Evlərin bacalarının təmizlənməsi zəruri hesab olunduğundan, bu işi görən uşaqların hansı şəraitdə çalışdığına çox vaxt əhəmiyyət verilmirdi. Böyüklərin rahatlığı naminə uşaqların sağlamlığı və həyatı riskə atılırdı.

Zaman keçdikcə bu amansız istismara qarşı etirazlar güclənməyə başladı. İctimaiyyətin təzyiqi və islahatçıların səyləri nəticəsində İngiltərədə uşaqların baca təmizləyicisi kimi işlədilməsinə qarşı qanunvericilik tədbirləri görüldü. 1875-ci ildə qəbul edilən Baca Təmizləyiciləri haqqında qanun isə bu sahədə mühüm addımlardan biri oldu. Qanun baca təmizləyicilərinin lisenziyalaşdırılmasını məcburi etdi və uşaqların istismarının qarşısını almağa yönəlmiş nəzarət mexanizmlərini gücləndirdi.

Bu tədbirlər uşaq əməyinə dərhal son qoymasa da, təhlükəli iş şəraitinin məhdudlaşdırılması və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm mərhələ oldu.

Bu gün həmin tarixi fotolara baxarkən yalnız keçmişin yoxsulluğunu deyil, həm də sosial bərabərsizliyin ən ağır bədəlini kimin ödədiyini görürük. Böyüklərin qurduğu dünyanın yükünü öz çiyinlərində daşıyan bu uşaqların əslində tamamilə başqa bir həyata haqqı var idi.

Onlar da digər uşaqlar kimi oyuncaqlarla oynamalı, məktəbə getməli, dostları ilə qaçıb əylənməli, gələcəkləri haqqında xəyallar qurmalı idilər. Lakin onların payına qaranlıq bacalar, ağır əmək, qorxu və vaxtından əvvəl böyümək düşdü.

Onların itirdiyi təkcə uşaqlıqları deyildi. Sağlamlıqları, arzuları, ümidləri və bəlkə də heç vaxt yaşaya bilmədikləri gələcəkləri də əllərindən alınmışdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri