Dembele: “Qızıl top” PSJ futbolçusunun əlində qalacaq”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın PSJ futbol komandasının hücumçusu Usman Dembele 2026-cı ilin “Qızıl top” mükafatının da Paris klubunun futbolçularından birinə veriləcəyini düşünür.
İdman.Biz xəbər verir ki, ötən mövsüm bu mükafatı qazanan Fransa millisinin üzvü “France Football”a müsahibəsində builki namizədlərlə bağlı fikirlərini bölüşüb. O, mübarizənin qeyri-müəyyən olduğunu düşünmür və mükafatın yenidən PSJ-də qalacağını bildirib.
“Mən bu mükafatın taleyinin qeyri-müəyyən olduğunu düşünmürəm. Fikrimcə, o, PSJ futbolçusunun əlində qalacaq”, - Dembele deyib.
28 yaşlı hücumçu ilk üçlük üçün konkret sıralama verməyib. O, klub yoldaşı Xviça Kvaratsxeliya, Harri Keyn və Kilian Mbappenin adını çəkib.
“İlk üçlüyüm? Qarışıq şəkildə Kvara, çox-çox yaxşı mövsüm keçirən Harri Keyn və düşünürəm ki, Kilian Mbappe”, - fransalı futbolçu bildirib.
Dembele özünü namizədlər sırasına daxil etməkdən imtina edib. O, səsvermə məsələsində heç vaxt özünə üstünlük vermədiyini vurğulayıb.
PSJ futbolçusu həmçinin Maykl Olise, Lamin Yamal, Fabian Ruis və Villian Paçonun da yüksək yerlər uğrunda mübarizə apara biləcəyini söyləyib. Dembele xüsusilə Paçonun diqqətdən kənarda qalmamasını istədiyini qeyd edib.
Qeyd edək ki, builki “Qızıl top” uğrunda əsas namizədlər sırasında Harri Keyn, Lamin Yamal və Kilian Mbappenin də adı çəkilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Sentyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















