Ekoloji şüurun gücləndirilməsi üçün QHTlər imkanları araşdırır AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda "Gənclərə Qayğı" İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyi" mövzusunda yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara dayanıqlı kənd təsərrüfatının əhəmiyyəti, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə təqdimatlar edilib.
Müzakirələrin əsas mövzusu qida təhlükəsizliyinin təmin edilməsində gənclərin rolu və ekoloji şüurun artırılması olub. Gənclər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri və bu sahədə dayanıqlığın artırılması yolları ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 Noyabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















