Icma.az
close
up
RU
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...

Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda vəzifə cinayətlərinə görə həbs edilən məmurların çoxu həbsxana həyatına uyğunlaşa bilmir. Təcrübə göstərir ki, bu kateqoriyadan olan məhkumların əksəriyyəti qısa müddət ərzində kameranı müalicə müəssisəsinə dəyişir. Bir vaxtlar mühüm qərarlar verən həmin şəxslər, nədənsə dəmir barmaqlıqlar arxasında aciz qalırlar. Kimsə zamanla bu vəziyyətlə barışır, digəri həyatın sərt üzünü qəbul edə bilmir.

Bu səbəbdən təkcə bu il ərzində bir neçə keçmiş vəzifəli şəxs cəzasını belə çəkmədən həyatını itirdi. Onlardan bəziləri ömürlərinin axırını şərti azadlıqda keçirsə də, digərləri həbsxana kamerasından sonra yalnız xəstəxana palatalarını görə bildi.

“Qafqazinfo” son illərdə məhkum statusunda ölən keçmiş vəzifəliləri yada salır:

Nizaməddin Quliyev

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX tərəfindən həbs edilən icra başçılarındandır. 9 il həbs cəzası verilən Quliyev dörd divar arasında qalmaqla barışa bilmədi. O, hökmü qanuni qüvvəyə minməmiş vəfat etdi.

Qoca Səmədov

Yevlaxın eks-icra başçısı Qoca Səmədov da taleyin sınağından çıxa bilmədi. Keçmiş icra başçısı xəstəliyi ilə bağlı vaxtından əvvəl şərti azad edildi, lakin qısa müddət sonra vəfat etdi.

Vidadi Muradov

“Azərxalça” ASC-nin mənimsəməyə görə həbs edilən sabiq rəhbəri Vidadi Muradov ev dustaqlığına buraxıldıqdan qısa müddət sonra xəstəxanada dünyasını dəyişdi. 

Rafael Cəbrayılov

Keçmiş deputat Rafael Cəbrayılov isə koronavirus qurbanlarındandır. Külli miqdarda dələduzluğa görə həbs edilən Cəbrayılov məhkəmə istintaqının ortalarında həyatla vidalaşıb. 

Rövşən Vəliyev

Dələduzluğa görə məhkum edilən Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev bu ilin martında, həbsdə dünyasını dəyişdi.

Rafail Musayev

Külli miqdarda rüşvətdə təqsirli bilinən Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayev istintaqdan gizləndiyi üçün həbs edilmişdi. 70 yaşlı direktor şərti cəza ilə azadlığa çıxdıqdan bir neçə ay sonra vəfat etdi.

Fuad Cam

“Royal Bank”ın (ləğv edilib) baş direktoru Fuad Cam isə 6 illik cəzasını başa vurandan bir neçə gün sonra öldü. Atası Əli Cam ilə birgə məhkum edilən oğul Cam ömrünün orta yaşlarında onkoloji xəstəliyə məğlub oldu.

Bu siyahı bir daha göstərir ki, nə vəzifə, nə pul insanı ölüm qarşısında toxunulmaz edə bilir. Həbsxana və xəstəxana divarları arasında hər kəs taleyin sərt hökmünə məhkumdur.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri