Icma.az
close
up
RU
“Dəmir İpək yolu” yenidən işə salındı

“Dəmir İpək yolu” yenidən işə salındı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.

Təntənəli açılışda Gürcüstanın Baş naziri İrakli Kobaxidze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin üç ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri iştirak ediblər. İrakli Kobaxidze BTQ-nin modernizasiya layihəsini Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın uğurlu nəticəsi adlandırıb. Nazir qeyd edib ki, görülmüş işlər müasir standartlara uyğun icra olunub, nəticədə BTQ üzərindən regional yükdaşımaların əhəmiyyəti və regionun tranzit imkanları artıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ-nin Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək iqtisadi inteqrasiyanı gücləndirdiyini bildirib. Onun sözlərinə görə, yenilənmiş BTQ Azərbaycan və Gürcüstanın regional daşımalardakı əhəmiyyətini artıracaq. Eyni zamanda, Orta Dəhlizlə yükdaşımaların artması fonunda BTQ-nin rolu güclənəcək.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BTQ-nin hələ 2017-ci ildə istifadəyə verilməsini Avrasiya bağlantıları tarixində yeni bir səhifə adlandırıb. Nazir qeyd edib ki, BTQ-nin modernləşdirilməsi Azərbaycanın davamlı investisiya öhdəliyinə sadiqliyini və bu dəmir yolu xəttini Orta Dəhlizin mühüm dayağına çevirmək üçün strateji fəaliyyətini nümayiş etdirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə BTQ-ni üç ölkənin etibarlı tərəfdaşlığının bariz nümunəsi adlandırıb. Nazirin sözlərinə görə, uğurla tamamlanmış layihə birgə məqsədyönlü fəaliyyətin məntiqi sonluğudur və artıq BTQ Avrasiya nəqliyyat xəritəsində həm Qafqaz regionunu, həm də Türkiyəni daha strateji şəkildə mövqeləndirir.

Çıxışların ardınca BTQ-nin modernləşdirilmədən sonra istifadəyə verilməsini rəsmiləşdirən rəmzi düymənin sıxılması mərasimi keçirilib və görülmüş işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri