Dəmir quş fiquru izdihamın üzərinə düşdü; 13 nəfər yaralanıb
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 30-da Fransanın şimalındakı Kalvados departamentinin (Normandiya bölgəsi) Truvil-sür-Mer kommunasında böyük dəmir quş fiqurunun milad şənliyi zamanı izdihamın üzərinə düşməsi nəticəsində 13 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Ouest France” qəzeti yazıb.
Bildirilib ki, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 22:15-də) Truveldə yüzlərlə valideyn və uşaqların bir arada olduğu şənlikdə havada asılı vəziyyətdə olan dəmir quş konstruksiyası yerə düşüb. Hadisədə yaralanmış 13 nəfərdən ikisinin vəziyyəti ağır olsa da, onların həyatı təhlükə altında deyil.
Akrobat və rəqqasların iştirak etdiyi şou dərhal dayandırılıb.
Gecənin keçirildiyi yerə təcili xidmətlər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Dekabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















