Icma.az
close
up
RU
Dəmir yolu zolağındakı qanunsuz tikililər

Dəmir yolu zolağındakı qanunsuz tikililər

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxt Bakının bir sıra ərazilərində hələ də qanunsuz tikililər mövcuddur. Baxmayaraq ki, zaman-zaman vətəndaşlara bu barədə xəbərdarlıq edilib, bəzi qanunsuz tikililər məhkəmə qərarları ilə sökülüb, amma belə hallar hələ də qalmaqdadır. Bu cür tikililər, xüsusilə də dəmir yollarının ətrafında qanunsuz inşa edilən yaşayış evləri ciddi risklər yaradır və təhlükə mənbəyinə çevrilib. Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər də ciddi təhlükə yaradır.

Qeyd edək ki, statistikaya əsasən həmin ərazidə 161 qeyri-qanuni tikilmiş ev var və ümumilikdə orada 156 ailə, 543 nəfər yaşayır. Araşdırmalar göstərir ki, ərazidə yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12 nəfəri keçmiş məcburi köçkün ailəsidir. Məlum olub ki, 54 ailənin başqa ünvanda evi var, 11 nəfər isə oradakı evini kirayəyə verib. Evlər sənədsizdir və qeyri-qanuni tikiliblər.

Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdudlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yuxarıda vurğuladığımız kimi, ciddi təhlükələr yaradır. Belə ki, ilk növbədə qanunsuz tikililər dəmir yolunun mühafizə zolağında yerləşdiyi üçün bir tərəfdən dəmiryolu nəqliyyatına ciddi problemlər törədir, digər tərəfdən də, ərazidə yaşayan insanlar özləri öz  həyatlarını riskə atır. Qanunsuz tikililərin dəmir yol xətlərinə yaratdığı çətinliklər ondan ibarətdir ki, mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Sıx məskunlaşma, həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Nəzərə almaq lazımdır ki, sutka ərzində bu xətlə orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir.

İnsanların həyatları üçün təhlükədən danışanda isə təkcə son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisələr baş verib, nəticədə həyatnı itirənlər və ağır xəsarətlər alanlar olub. Qanunsuz tikililər qaldıqca belə faciəli hadislərdən də qaçmaq mümkün olmayacaq. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevin sözlərinə görə, hazırda Nərimanov-Böyük Şor və Bakı sərnişin-Keşlə sahələrində dəmir yollarının mühafizə zolağı və dəmiryol xətləri arasındakı sıx məskunlaşma ərazisində yuxarıda qeyd edilən problemlər özünü daha qabarıq göstərir. Həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb.

Üstəlik, əraziyə fövqəladə hallar zamanı relslərə giriş də məhdudlaşır. Yanğınsöndürən, təcili tibbi yardım maşınlarının daxil olmasını əngəlləyir. Burada kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur. Həmçinin bu tikililər şəhərin ümumi görünüşünü də pozur.

Bəxtiyar Hacıyev əlavə edib ki, həmin ərazidə inşa edilmiş qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də müəyyən əngəllər yaradır. Hətta qanunsuz tikililər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərinin yenidən qurulmasına, təkmilləşdirilməsinə imkan vermir. Halbuki Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir.

Yada salaq ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur.  Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar, Qaradağ-Güzdək, Yeni Suraxanı-Hövsan və Güzdək-Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

ADY rəsmisinin sözlərinə görə, qurum qanunsuz tikililərin, müvafiq sənədləri, çıxarışı olmayan yaşayış və qeyri-yaşayış obyektlərinin monitorinqini aparır, qanunsuz tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən qeyd edilən məsələ ilə bağlı atılan addımlar qanunvericilik çərçivəsindədir və məhkəmə qərarları ilə həyata keçirilir. Nərimanov-Böyük Şor və Bakı sərnişin-Keşlə xətləri arasındakı ərazidə də vəziyyət acınacaqlıdır. İlk növbədə orada məskunlaşmış insanların özləri ciddi təhlükələrlə üz-üzədirlər. ADY insanların təhlükəsizliyinin təmini üçün infrastrukturla bağlı müəyyən işlər görsə də, təəssüf ki, insanlar yenə də öz həyatlarını riskə atmaqdan çəkinmirlər, indiyə kimi baş vermiş bədbəxt hadisələrdən nəticə çıxarmırlar. Belə ki, şöbə rəhbəri vurğulayıb ki, qurum əhalinin sıx məskunlaşdığı ərazilərdə zərurət olduğu hallarda çəpərləmə işləri də aparır: "Lakin bəzən sakinlər yollarını qısaltmaq üçün həmin çəpərləri sökür və qatar yoluna çıxaraq hərəkətin təhlükəsizliyi üçün risk yaradır. ADY bu kimi hallarla mübarizə aparır, sakinlərin, sərnişinlərin, piyadaların təhlükəsizliyi üçün infrastrukturu sağlamlaşdırır. Çəpərləmələr zərurət olduğu yerlərdə, fövqəladə hallar zamanı hərəkətə mane olmayacaq şəkildə və ətrafdakı hərəkəti məhdudlaşdırmadan beynəlxalq təcrübə və normalara əsasən həyata keçirilir. Həmçinin dəmir yolları ətrafında yerləşən məktəblərdə təhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, şagirdlərə dəmir yolundan istifadə qaydaları öyrədilir, eləcə də dəmir yolu ətrafında təsərrüfat sahibi olan sahibkarlarla, fermerlərlə görüşlər keçirilir".

PƏRVANƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri