Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Babalarımız üç dəfə İran və Türkiyə ərazilərinə qaçqın düşüblər

Qərbi Azərbaycan Xronikası: Babalarımız üç dəfə İran və Türkiyə ərazilərinə qaçqın düşüblər

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi" adlı veriliş Zəngibasar mahalının, Zəngibasar (Masis) rayonunun Aşağı Necili kənd sakini Hüseyn-Xəzər Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu, 18 yaşınadək kənddə yaşadığını söyləyib və deyib ki, uşaqlıq, yeniyetmə dövrü, gözəl adət-ənənələr, mənəvi dəyərlər, toylar, böyük-kiçik yeri, şənliklər, fəsillərlə bağlı gözəl xatırləri var.

Onun sözlərinə görə, erməni vəhşilikləri nəticəsində dəfələrlə hücuma, basqına məruz qalıb qırılan kənd camaatı 2-3 dəfə İran və Türkiyə ərazilərinə qaçqın düşüb: "1918-ci ildən sonra qaçqınlıq dövrü başlayıb. Atamgilin 11 nəfərlik ailəsi 1918-ci ildə sıxışdırılıb, təzyiqə məruz qalıb İrana qaçqın düşüb, Xoyda, Mərənddə məskunlaşıblar. Qardaş-bacıları Arazdan keçərkən ölüblər. Qalanlar 1921-ci ildən sonra geri qaydıb yenidən Aşağı Necilidə məskunlaşıb, uçulmuş, dağılmış evləri bərpa edib yaşayıb, məhəllələr salıblar. 1950-ci ilə qədər kənddə bir nəfər də olsun erməni yaşamayıb. Sırf türk-oğuz mənşəli azərbaycanlılar yaşayıb. Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi".

Kənd sakini bildirib ki, 1987-ci ildən başlayaraq ermənilər danışıq və hərəkətlərində azərbaycanlılara qarşı son dərəcə aqressiv davranırdılar: "Açıq deyirdilər ki, biz türklərin axırına çıxmalıyıq. Onlar burada yaşaya bilməzlər. Bizə qarşı olan aqressivlik artıq üzə çıxmağa başladı. Yadımdadır ki, uşaqlarla İrəvana getmişdik. Ermənilər Heydər Əliyev barəsində mənfi danışırdılar. Biz onları orada susdurduq. 1987-ci ildə Heydər Əliyev böyük vəzifədə olanda ermənilər narahatlıq keçirirdilər. Yəni ermənilərin bizə qarşı aqressivliyi açıq hiss olunurdu. Bu məsələlər 1988-ci ilin yaz aylarından açıq müstəviyə keçdi və camaatı oradan çıxardılar, işgəncəyə məruz qoydular. Ailəmiz Naxçıvana, oradan da Bakıya gəldi".

H.Məmmədov Vətən həsrətindən söz açaraq vurğulayıb ki, gecə-gündüz Aşağı Necili həsrəti ilə yaşayırlar: "Orada ata-baba-nənələrimizin qəbirləri,uşaqlıq xatirələrimiz var. O torpaq bizə canımız qədər əzizdir. Orada doğulub, yoğrulmuşuq, böyümüşük. Aşağı Necili ilə nəfəs alırıq və mütləq oraya qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Babalarımız üç dəfə İran və Türkiyə ərazilərinə qaçqın düşüblər"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Oktyabr 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri