Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Dərslik qalmaqalına nazirlikdən RƏSMİ CAVAB

Dərslik qalmaqalına nazirlikdən RƏSMİ CAVAB

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Son günlər dərsliklərin məzmunu, tədris materiallarında yer alan məlumatlar ilə bağlı müzakirələr gündəmdədir. Yaranan suallar dərsliklərin hazırlanması, məzmununun qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələlərini yenidən aktuallaşdırıb.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil pilləsi üçün dərsliklərin hazırlanması Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən həyata keçirilir. Bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələri üçün təkmilləşdirilməsi və ya yenidən hazırlanması zəruri olan dərsliklərin siyahısı müəyyən edilir və tərtibi bu sahədə təcrübəsi olan nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilir.

Qaydaya əsasən, dərsliklərin hazırlanması zamanı  materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və quruluşun məntiqliyi, estetikliyi və müasirliyi, habelə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu təmin edilməlidir. 
Hazırlanmış dərslik layihələrinin qaydanın müvafiq bəndi ilə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsi üçün ən azı on il pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssislə xidməti müqavilə bağlanılır və dərslik layihələri ekspert qiymətləndirilməsinə təqdim edilir.

Bununla yanaşı, dərslik layihələrinin keyfiyyətinin artırılması, məzmunun elmi-metodiki baxımdan təkmilləşdirilməsi və mümkün nöqsanların aradan qaldırılması məqsədilə nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirələri təşkil olunur. Bu çərçivədə dərslik layihələri Dövlət İmtahan Mərkəzinə təqdim edilir, həmçinin www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilərək ictimaiyyətin rəy və təkliflərinin alınması üçün açıq müzakirəyə çıxarılır.
Eyni zamanda, layihələr aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara müvafiq sahələr üzrə rəy və təkliflərin alınması məqsədilə təqdim edilir.

Sözügedən proses çərçivəsində təqdim edilmiş rəylər dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur, müəllif heyəti ilə birlikdə təhlil olunur və həmin dərsliklər istifadəyə təqdim edilmədən öncə təkmilləşdirilir. Bu proses dərslik layihələri yuxarıdakı meyarlara cavab verənədək bir neçə dəfə təkrarlanır.

Qaydaya əsasən, hazırlanmış dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi qrif verilməsi yolu ilə həyata keçirilir və onlara qrif dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini topladıqdan sonra verilir.

Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən etibarən beş tədris ili müddətində istifadəyə yararlı hesab olunur.

“Göründüyü kimi, Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibi nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilməsi yolu ilə həyata keçirilir. Həmin müəssisələr tərəfindən hazırlanmış dərslik layihələrinin qiymətləndirilməsi məqsədilə nazirlik tərəfindən sahə üzrə ekspertlər cəlb olunur, həmçinin onların nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirəsi təşkil edilir.

Bununla belə, müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur”. 
Nazirlikdən qeyd edilib ki, dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır, hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. “Biologiya 9” dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, “Riyaziyyat 7” dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, “Fizika 9” dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur. Bu hal isə dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri