“Demirəm ki, zəngulə vuracaq, segah oxuyacaq” xalq artisti tələbəsi Aysunu müdafiə etdi FOTO+ÖZƏL
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Mən bu qədər işimin-gücümün arasında vaxt tapıb Aysuna görə 5 dəqiqə də olsa efirə getdim. Verilişin prodüseri dedi ki, “sizi arzulayır, çox istəyir və doğum günündə sizin onun yanında olmağınızı istəyir”. Məni çox istədiyini zatən bilirdim”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib.
O müğənni Aysun İsmayılovaya muğam öyrətdiyini bildirib:
“1 il idi ki, Aysun mənə müraciət etmişdi. Sözün düzü vaxtım yox idi ki, onu qəbul edim. Amma qəbul edəndən sonra çox sevdim. Mən də onu hamı kimi efirlərdə, sosial şəbəkələrdə görürdüm və şıltaq, dəcəl qız kimi xatirimdə qalmışdı. Tanış olandan sonra gördüm ki, Aysun nə qədər mehriban, səmimi, sadə qızdır. Heyranlıqla məni sevir. İç dünyası çox gözəldir. Özünü sevdirən, şirindilli, şirinqanlıdır. Mən bunu tərif üçün demirəm. Musiqi dolu qızdır. Səhnəni, sənəti sevir. Onun zatən özünəməxsus oxu tərzi, öz repertuarı var. Bugünki müasir gündəmdə olan musiqilərimiz var və o cür sevilir, qəbul olunur. Kimsənin qəlbinə dəyəcək xasiyyətdə deyil. Hamıya yaxşılıq etmək istəyir, insanlara sevgisi çox böyükdür. Ona görə öncə onun səmimiyyətinə dəyər verdim. Aysun demir ki, “mən belə muğam, dəstgah oxuyacam”. Aysun sadəcə istəyir ki, muğam haqqında da məlumatı olsun. Bacararsa bir parça muğam da oxuyar. Demirəm ki, “Heyratı”, “Mənsuriyyə” oxuyar.. Yox, ən azından məlumatı olar. O ən azından bilir ki, “Şur” nədir, “Segah” nədir, “Mahur” nədir? O haqda məlumatının olmağı da gözəldir. Bilməyib, öyrənməmək ayıbdır. Bu adam hər yaşda öyrənmək istəyirsə, onun üçün heç vaxt gec deyil. Hələ nə yaşı var ki? Hansı ki, mənim yaşda insanlar var ki, muğamla maraqlanırlar, muğamı öyrənmək istəyirlər. Tələbələrimin arasında da var. Mən onlarda muğama sevgini artıra bilirəmsə çox şadam. Aysun da mənə bunun üçün üz tutub. Aygün Kazımova da, Röya Ayxan da qısaca muğam parçası ifa ediblər. Görün nə gözəl səslənir. Onların oxuduğu musiqilər də axı muğam üzərindədir. Aysun savadlı şəkildə oxumaq istəyir. Onu qınayanları da gözəl qarşılayıram. Tamaşaçının zövqü də gözəldir.Tamaşaçı bilir sual verir, o qınaq atəşini yaradır ki, bu necə muğam oxuya bilər? Ən azından mən bu qızımıza çalışacam muğam bilgisini öyrədə bilim ki, oxuduğu mahnıların hansı muğam üstündə olduğunu bilsin. Demirəm ki, zəngulə vuracaq. Tələbələrim əgər məndən bir nəfəs belə öyrənmək istəyirlərsə, onlardan heç nə əsirgəmərəm. Bir qəlbi sevindirmək qədər gözəl bir iş varmı həyatda? Bir qəlbi qırmaq o qədər ağır bir şeydir ki.. Amma bir insana sevgi göstərmək, ən azından onu ovundurmaq, onun daha da həyat eşqini artırmaq nə qədər gözəldir?! Bu dəqiqə mənə o qədər üz tutan tələbələr var ki.. Universitetdə dərs dediyim üçün kənardan gələn tələbələrə zamanım yetmir. Xüsusi yerim olsa mən kənarda da vaxt tapıb onları yetişdirərəm. Ustadım Nəriman Əliyev mənə deyirdi ki, “nə qədər ki, muğama, zövqlü musiqiyə, xalq mahnılarına tələbat var, öyrədin, təki camaatı o zövqə yönəldin”. Mənə onlarla tələbə üz tutub. Sadəcə məkanım, yerim yoxdur. Mən onlara universitetdə dərs keçə bilmərəm axı. Universitetdə mənim zamanım öz tələbələrim üçündür. Özəl tələbələr üçün mənim başqa bir məkanım olmalıdır. Mən buna çox şadam ki, mənə üz tutublar”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Yanvar 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















