Icma.az
close
up
RU
Dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi qatarla səyahət edənlərin sayını artırdı

Dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi qatarla səyahət edənlərin sayını artırdı

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son illərin statistikasına nəzərdə yetirdikdə, Azərbaycanda dəmir yolu ilə səyahətə üstünlük verən sərnişinlərin sayının artdığını müşahidə edə bilərik. 2023-cü ildə Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 7 milyondan çox sərnişin daşınmışdısa, 2024-cü ildə bu rekord yenilənib. Belə ki, ötən il 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Təbii ki, yeni qatarların və dayanacaqların istifadəyə verilməsi sərnişin məmnuniyyətinə və dəmir yolundan istifadəyə marağın daha da artmasına səbəb olub.

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biri olan dəmir yolu nəqliyyatı yaşıllaşdırma üçün böyük potensiala malikdir.

Onun sözlərinə görə, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan qlobal nəqliyyat problemləri və onların həlli istiqamətində qətiyyətli addımlar atır. Deputat söyləyib ki, bu gün Azərbaycan ölkə daxilində qabaqcıl texnologiyalardan istifadə edərək, dəmir yollarının modernləşdirilməsi və “yaşıllaşdırılması” layihələrini fəal şəkildə həyata keçirir:

“Dəmiryolu nəqliyyatının bir sərnişinin və ya yükün daşınması üçün digər nəqliyyat növləri ilə müqayisədə daha az enerjiyə ehtiyacı ilə yanaşı, ətraf mühitə də az mənfi təsiri mövcuddur. Qlobal ekoloji böhranın həlli yollarında öz töhfəsini əsirgəməyən dövlətimiz Qarabağda və Şərqi Zəngəzurda yeni dəmir yolu xətlərinin çəkilişi zamanı ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirir”.

M.Cəfərov vurğulayıb ki, vətəndaşların rahatlığını təmin etmək məqsədilə dəmir yollarının yenidənqurma işləri öz bəhrəsini verməkdədir: “Hazırda ölkədə bir çox şəhərlərdə stansiyaların, vağzal və dayanacaqların əsaslı təmir işləri başa çatıb. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayır. Bu gün Azərbaycan Dərmir Yolları ölkəyə müasir sərnişin qatarlarının gətirilməsini həyata keçirərək vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmasını təmin edir”.

Qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında növbəti 5 ildə Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək işlər də öz əksini tapıb.

Belə ki, 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır. Dövlət Proqramına əsasən, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır. Bununla yanaşı, 2025-2027-ci illərdə Bakı-Xırdalan-Sumqayıt xəttinin, 2026−2028-ci illərdə isə Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, 20 ədəd sərnişin qatarının alınması da Dövlət Proqramında dəmiryolu sahəsində həyata keçirilməsi nəzərdə tutulan əsas məsələlərdəndir. Təbii ki, bütün bunlar sərnişinlərin daha rahat və təhlükəsiz şəraitdə mənzil başına çatması üçün dövlət tərəfindən həyata keçirilən növbəti tədbirlərdən biridir.

Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri hesab olunan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildən tam istifadəyə verilib və iki hissədən ibarətdir: Bakı sərnişin – Biləcəri – Sumqayıt və Bakı sərnişin – Sabunçu–Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artıb (orta illik artım tempi 48 %). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyon artım deməkdir.(iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri