Icma.az
close
up
RU
Demokratik sistemdən diktaturaya doğru

Demokratik sistemdən diktaturaya doğru

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Emmanuel Makron dövlət çevrilişinə hazırlaşır. Bunu fransalı deputat, müxalif “Patriotlar” partiyasının sədri Florian Filippo deyib. Deputat bu fikirlərini Rişar Ferranın Konstitusiya Şurasına sədr seçilməsi ilə əsaslandırıb. Fransanın mövcud qanunlarına görə bir şəxs ard - arda 2 dəfədən artıq prezident seçilə bilməz. Buna görə də Emanuel Makron növbəti seçkilərdə namizəd ola bilməyəcək. Hakimiyyətdə qalmaq istəyən mövcud prezidentin isə sadəcə 2 yolu var. Birincisi ölkədə hərbi vəziyyət rejimi tətbiq edilməli və prezidentin səlahiyyət müddəti uzadılmalıdır. Hazırda Fransada hərbi əməliyyatlar getmir və yaxın müddətdə belə bir şeyin baş verməsi ehtimalı da yoxdur.
Makron dəfələrlə Ukraynada Rusiya ilə müharibə vəziyyəti yaradıb və bundan öz siyasi məqsədləri üçün istifadə etmək istəsə də buna nail ola bilmədi. İstər Ukrayna rəhbərliyinin Fransaya etiraz etməsi, istərsə də ilk cəhddən sonra baş verən uğursuzluqlar Makronu geri çəkilməyə məcbur etdi. İkinci variant isə Fransa konstitusiyasına müvafiq dəyişikliyin edilməsidir. Bunun üçün isə referendum vacibdir. Emanuel Makron yaxşı bilir ki, əgər bu məsələ ilə bağlı referendum keçirlərsə onlar məğlub olacaqlar. Onsuz da həyata keçirdiyi uğursuz siyasətə görə son zamanlar onun reytinqində ciddi geriləmə müşahidə edilir. Bu səbəblərə görə, referendumda uğur qazanmaq ehtimalı olmadığı üçün Makron fərqli variantlara müraciət edə bilər. Bunun üçün isə Konstitusiya Şurasına ciddi ehtiyacı var. Bu şuranın tamamilə ondan asılı halda olması istədiyi qərarları ordan keçirə bilməsinə və ölkə Konstitusiyasındakı müvafiq maddəni mübahisələndirməyə hüquqi imkanlar yaradacaq.
Rişar Ferranın Konstitusiya Şurasına sədr seçilməsi Makronun hakimiyyətini uzanması yolunda ilk addım sayıla bilər. Çünki Ferran Fransa prezidentinə sadiq biridir və onun bu vəzifədə sadəcə bir fiqur olduğu aydın məsələdir. Makron təkcə Fransanın dünyadakı humanist mövqeyinə deyil , həm də ölkənin demokratik ənənələrinə də ciddi şəkildə zərbə vurdu.
Zeynal Əmrəliyev, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri