Icma.az
close
up
RU
Demokratik dövlət nümunəsi

Demokratik dövlət nümunəsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

     1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət nümunəsi yaratdı. Bununla da xalqımız öz istiqlaliyyətini elan edərək, müstəqillik əzmini nümayiş etdirdi və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Beləliklə müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya bəyan etdi.

     Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.

     Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.

     Lakin, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin təcavüzünə məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

     Bəli, müasir, müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “1991-ci ildə dövlət istiqlaliyyətini bərpa edən xalqımız qısa müddət fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək, bu tarixi irsin əsasında müstəqil Azərbaycan dövlətini yaratmışdır”.

     Bu gün Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Möhtərəm Prezidentimizin  tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə  xüsusi  önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Respublika Günü 1991-cı ildən - dövlət müstəqilliyinin bərpasından sonra - dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü adlanır.

     Bu gün dünyada müstəqil, suveren Azərbaycan güclü, qüdrətli, qalib bir  ölkə kimi tanınır. Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir, müstəqil Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir, dünyadakı mövqelərini daha da möhkəmləndirir. Böyük fəxr və qürur hissi keçiririk ki,  Xalq Cümhuriyyətinın  yadigarı olan üçrəngli bayrağımız bu gün ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır və qəti əminik ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir.

Asəf Salmanov

YAP Qazax rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 May 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see458

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see431

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see368

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see225

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see223

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see221

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see211

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see196

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see188

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see180

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see175

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see173

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see169

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see167

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see165

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see164

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see161

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri