Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Demokratiyanın daman yerləri

Demokratiyanın daman yerləri

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bütün dünyada, o cümlədən də Avropada demokratiya nəzəriyyəsi dəbdən düşməyə davam edir. Məlum olur ki, "demokratiya” anlayışını cazibəli edən, sadəcə, onun nəzəriyyə halı imiş. Praktikada isə vəziyyət fərqli dalğalarda cərəyan edir. 

Qədim Roma və Yunanıstanın idarəetmə sistemi "quldarlıq demokratiyası” adlanırdı. Qulun insan sayılmadığı bir cəmiyyətdə idarəçilik sisteminin  demokratiyaya əsaslanmasından təzadlı nə ola bilər?  Hələlik burada bir yanlışlıq olduğunu düşünə bilərsiniz, amma tələsməyin. 

Məsələ ondadır ki, "quldarlıq demokratiyası” modeli  demokratiya fəlsəfəsinin tələblərinə zidd deyil və tamamilə mümkündür. Belə ki, çoxluğun iradəsi quldarlığı, eləcə də edam cəzası, hüququn şəriətlə əvəzlənməsi, azyaşlı şəxslərin ailə qurmağa məcbur edilməsi kimi anti-humanist ideyaları dəstəkləyirsə, dövlət bu iradəni təmin etmək məcburiyyətindədir. 

Bəs bu halda çoxluğun (demosun) iradəsi insan hüquqları, vətəndaş azadlıqları kimi sivil dəyərlərlə ziddiyyət təşkil edərsə, onda nə etməli? Demokratiya bu problemi necə həll edir? Məsələ ondadır ki, demokratiya qapalı cəmiyyətlərdə bu problemləri həll edə bilmir, əksinə, problemlərin sayını artırır. Məsələn, Azərbaycanın ən demokratik, azad məkanı "Tik-tok” şəbəkəsidir. Ancaq kimi dindirirsən, ”Tik-Tok”un bağlanmasını istəyir. Niyə? Çünki orada nəzarət, qayda, cərimə, cəza sistemi yoxdur, azad, senzurasız mühitdir və bu azad mühitdə biz hansı eybəcərliklər yaratdığımızı özümüz əyani şəkildə görürük. 

Ona görə də məsləhətdir ki, "demokratiyaya hazırlıq” söhbətini qulaqardına vurmayaq.  

Belə çıxır ki, hətta Azərbaycan kimi yarımühafizəkar cəmiyyətlər belə, dövlətin müdaxiləsi olmadan tolerantlıq, fərdi azadlıq, hüquqi bərabərlik kimi dəyərləri qorumaq əzmində deyil. Çünki konservativ düşüncə hüquqa müxalifətdədir. Demokratiyanın əsas məqsədi bütün sahələrdə dövlətin diqtəsini azaltmaq, özəl sektorun və vətəndaş cəmiyyətinin imkanlarını artırmaqdır. Demokratik mühit bu prosesi başladır, lakin iki sistem  (dövlət – vətəndaş cəmiyyəti) arasındakı mürəkkəb münasibətləri lazımi səviyyədə tənzimləyə bilmir. Dövlət müdaxiləsinin minimuma endirildiyi siyasi və iqtisadi mühitdə müəyyən qruplar hədsiz varlanır, digər sosial qruplar isə hədsiz yoxsullaşır. Burada balansı saxlamaq və özəl şirkətlərin mediaya, həmçinin QHT-lərə nəzarəti ələ keçirməsinə maneə olmaq üçün dövlətin iradəsinə zərurət yaranır. Yəni, bir daha  ictimai müqavilənin müddəalarına - (dövlət və toplum arasında ən qədim razılaşmaya) ehtiyac duyulur. 

Müasir demokratiya nəzəriyyəçilərindən olan Robert Dahl və demokratiyanın Qərbdə ən populyar tənqidçisi sayılan yəhudi əsilli filosof Noam Homski demokratiyanı məhdud dairədə inkişaf edən, sərhədlərə və ölçülərə malik proses kimi təhlil edirlər. Homski özlüyündə  anarxizmin (dövlətin bir institut kimi ləğvinin) tərəfdarıdır. 

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, vətəndaş cəmiyyəti bəzilərinin güman etdiyi kimi xarici ölkələrin donor təşkilatlarından alınan qrant qarşılığında öz dövlətinin maraqlarını satmaq demək deyil. "Havayı pendir tələdə olur” hipotezindən çıxış etsək, aydınca görərik ki, Qərbin "demokratiya ixracatçıları”nı tutalım, Qafqazın hansısa kiçik bir ölkəsində demokratiyanın vəziyyəti yox, əslində, öz iradəsini təmin etmək maraqlandırır. Əgər belə olmasaydı, hər fürsətdə insan haqlarını əlində bayraq edən ABŞ kimi supergücün Yaxın Şərqdəki ən yaxın müttəfiqi müxalifətçiləri qılıncla edam edən Səudiyyə Ərəbistanı olmazdı. Başqa bir paradoksal vəziyyət: Çindən ölüm hökmünü ləğv etməyi tələb edən ABŞ-ın 30 ştatında edam cəzası hələ də qalmaqdadır. 

Beləliklə, demokratiya ideyası iki formada iflasa uğrayır: 

1. Demokratiyanın qüsurları cəmiyyətdə həlli çətin olan problemlər yaradır və bu səbəbdən ondan imtina edilir.  

2. Demokratiya qanun cildinə girmiş diktatura növü kimi get-gedə nüfuzdan düşür. 

İndi gələk Qərbi Avropanın bizə xoş görünən, maddi rifah səviyyəsi bizdən qat-qat yaxşı olan demokratik ölkələrinə. Əvvəla onu deyək ki, Avropa Birliyi yarandığı gündən  liberal demokratiya istiqamətini yox, məhz, sosial-demokratiya yolunu seçib. Yəni, Avropada vətəndaşların sosial ehtiyaclarının ödənilməsinə birbaşa olaraq, dövlət cavabdehdir və dövlətin həm fərdlər, həm də ictimai təşkilatlar üzərində ciddi təsiri var. (Liberalizmdə dövlətin rolu minimal dərəcədə zəifləyir, özəl biznes isə çiçəklənir.)

Məsələn, Almaniyada bayram günlərində ticarət mərkəzlərinin, marketlərin işləməməsi barədə dövlətin qərarını heç bir azad sahibkar dəyişə bilməz. 

Bu da yuxarıda dediyimiz "qanunların diktaturası” məsələsinə əyani bir sübut. Kimsə şəxsən, məni inandıra bilməz ki, demokratik Almaniyada axşam saat 6-dan sonra dükanların bağlanması qərarı əhalinin istəyi əsasında qəbul edilib. Yaxud İsveçin "parklarda, küçədəki skamyalarda spirtli içki içmək olmaz” qanununu qəbul edərkən, əlbəttə, xalqla məsləhətləşməyiblər. 

Sual doğur: Bəs, bu qanunları kim qəbul edir? Deyəcəksiniz ki, xalq və ya xalqın seçdiyi parlament, xalqın etimad göstərdiyi səlahiyyətli şəxslər. Bəs, xalq necə seçir? Solyönümlü demokratiya Avropa insanını elə formalaşdırıb ki, onu üçün siyasi proseslərin, siyasi qərarların, seçkilərin gedişatından daha çox, özünün maddi durumu, öz sosial statusu maraqlandırır.

Bu gün Avropa ölkəsinin istənilən əyalətində sorğu keçirsəniz, məlum olacaq ki, yerli sakinlər heç öz deputatlarını tanımırlar. Bəs, xalqın seçimi söhbəti haradan çıxdı? 

Bunu da deyim, gedirəm. Proses belə baş verir: dərin dövlət namizədləri seçkiqabağı özü müəyyənləşdirir, KİV-lərə həmin namizədlərin təbliğatının aparılması barədə göstəriş verilir. Xalqa isə medianın təqdim və təbliğ etdiyi 2-3 nəfər arasında seçim haqqı verilir. Bəs, media azadlığı hara qeyb oldu? Heç zad, bu da demokratiyanın növbəti illüziyası imiş! Nəzərinizə çatdıraq ki, kapitalizm dünyasında media heç də kənardan göründüyü kimi özbaşına deyil. Nəhəng izləyici audioriyasına malik KİV-lər əsasən, ya dövlətin, ya da iri holdinqlərin nəzarətində olur. Beləliklə, heç bir halda xalqın  onun üçün tərtib olunmuş menyüdən imtina etmək imkanı yoxdur. Xalqın seçim azadlığı sadəcə, pizzanın  üstündən meyvə şirəsi, yoxsa mineral su içəcəyinə qərar verməkdə sərbəst olan şəxsin seçim haqqı qədərdir. 

Şəlalə Göytürk Niaqara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see657

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see467

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see329

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see326

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see325

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see312

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see295

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see277

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see267

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see251

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see242

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see236

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see229

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see229

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see225

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see209

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see206

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see202

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see196

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri