Icma.az
close
up
RU
Müstəqil Azərbaycanda demokratiyanın təntənəsi

Müstəqil Azərbaycanda demokratiyanın təntənəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” – 2025

Bir millətin suverenlik qazanması, onun azadlığı, müstəqilliyi və gələcəyini müəyyənləşdirmək hüququ baxımından fundamental əhəmiyyət daşıyır. Suverenlik, bir dövlətin daxili və xarici siyasətini sərbəst şəkildə həyata keçirməsi, öz qanunlarını qəbul etməsi, ərazi bütövlüyünü qoruması və beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi çıxış etməsi baxımından çox mühüm amildir.

Suverenlik qazanmaq, milli kimliyin qorunması və xalqın öz taleyinə sahib çıxması üçün əsas şərtlərdən biri olmaqla bərabər, ölkənin iqtisadi, siyasi və sosial inkişafını müstəqil şəkildə formalaşdırmasına da imkan verir. Eyni zamanda, suverenlik, bir millətin öz mədəniyyətini, dilini və adət-ənənələrini sərbəst şəkildə yaşatmasını, inkişaf etdirməsini və nəsildən-nəslə ötürülməsini təmin edir. Bu isə bir xalqın millət kimi ­formalaşmasında əvəzsiz rol oynayır.

Tarix boyu suverenlik uğrunda mübarizə aparan xalqlar öz azadlıqlarını əldə etməklə həm daxili sabitlik, həm də beynəlxalq aləmdə güclü mövqe qazanmışlar. Suveren dövlətlər, daxili idarəetmə modelini öz milli maraqlarına uyğun quraraq, milli təhlükəsizliyi və sosial rifahı təmin edə bilirlər.

Azərbaycan nümunəsində olduğu kimi, suverenliyin bərpa edilməsi həm tarixi ədalətin bərpası, həm də dövlətin güclənməsi deməkdir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, Azərbaycanın müstəqil siyasət yürütmək, ərazi bütövlüyünü qorumaq və beynəlxalq münasibətlərdə güclü mövqe sərgiləmək istiqamətində atdığı addımların məntiqi davamıdır. Bu baxımdan, suverenlik yalnız dövlət üçün deyil, bütün millət üçün milli qürur və inkişafın əsas təməlidir. 

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, ölkənin müstəqillik tarixində mühüm bir mərhələ olmaqla yanaşı, dövlət suverenliyinin tam bərpa edilməsinin rəsmi təsdiqi kimi qiymətləndirilir. Bu tarixi nailiyyətin əldə olunmasında onun uzaqgörən siyasəti, strateji qərarları və liderlik keyfiyyətləri həlledici rol oynayıb. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eləcə də ölkənin beynəlxalq arenada mövqeyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələridir.

Bir dövlətin suverenliyinin əsas göstəricisi təbii olaraq onun milli və dünyəvi dəyərləri özündə birləşdirən konstitusiyaya malik olmasıdır. Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də ölkənin ilk milli Konstitusiyasının qəbul edilməsi olmuşdur. Bu Konstitusiya, müstəqillik yolunda mühüm bir hüquqi və siyasi mərhələ olmaqla, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsasını qoymuşdur. Həmin dövrdə ölkənin hüquqi çərçivəsinin formalaşdırılması və yeni Konstitusiyanın hazırlanması prosesinə bilavasitə rəhbərlik edən şəxs isə Azərbaycan xalqının ümummilli lideri Heydər ­Əliyev olmuşdur.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qarşısında duran əsas məsələlərdən biri ölkənin siyasi sabitliyini təmin etmək, hüquqi dövlət quruculuğunu həyata keçirmək və beynəlxalq standartlara cavab verən bir Konstitusiya hazırlamaq idi. Sovet dövründən miras qalan 1978-ci il Konstitusiyası Azərbaycanın müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi üçün yetərli deyildi. Dövlət idarəetmə sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, iqtisadi-siyasi institutların hüquqi əsaslarının yaradılması üçün yeni bir Konstitusiya zərurəti yaranmışdı.

Görkəmli dövlət xadiminin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlamaq üçün xüsusi Konstitusiya Komissiyası yaradılmışdır. Onun bilavasitə rəhbərliyi və nəzarəti altında hazırlanan bu sənəd xalqın iradəsini və milli maraqları əks etdirən fundamental hüquqi baza olmuşdur. Bu Konstitusiya layihəsi demokratik və hüquqi dövlət quruculuğuna əsaslanan, vətəndaşların hüquq və azadlıqlarını təmin edən, bazar iqtisadiyyatının inkişafına dəstək verən müasir bir sənəd kimi tərtib edilmişdir.

12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi və siyasi inkişafında yeni bir mərhələ açdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və liderliyi sayəsində qəbul edilən bu Konstitusiya bu gün də Azərbaycanın dövlət quruculuğunun əsas hüquqi dayağı kimi qalır. Bu sənədin qəbulu ilə ölkədə hüquqi sistem formalaşdırıldı, qanunun aliliyi təmin olundu və demokratik dəyərlər qorundu. Ulu öndərin bu sahədə göstərdiyi müstəsna xidmətlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müstəqil Azərbaycanın hüquqi bazasının yaradılmasında mühüm rol oynamışdır. 

Sadalanan bu hüquqi bazanın yaranması ilə bərabər, Azərbaycanın bir suveren dövlət olması yolunda ən fundamental sahələr olan iqtisadiyyat, ordu quruculuğu, elm, təhsil, mədəniyyət və bu kimi istiqamətlər inkişaf etdirildi. Qısa müddət ərzində böyük uğurlar qazanmaqla bərabər, regionda və dünya dövlətləri arasında öz sözünü deyə bilən bir dövlətə çevrildi.

Azərbaycanın suverenliyinin tam bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesində Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rolu həlledici olmuşdur. 2003-cü ildə hakimiyyətə gəldiyi gündən etibarən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, suveren hüquqlarının təmin edilməsi və milli maraqlara əsaslanan xarici siyasət yürüdərək ölkəni güclü regional liderə çevirmişdir. Onun uzaqgörən və strateji siyasəti sayəsində Azərbaycan iqtisadi və hərbi sahələrdə sürətlə inkişaf edərək, öz suverenliyini tam bərpa etmək üçün güclü zəmin yaratmışdır.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Ermənistanın təcavüzü nəticəsində ölkənin 20 faizə yaxın ərazisi işğal altında qalmış, suveren hüquqlar tam şəkildə təmin edilə bilməmişdi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və beynəlxalq hüquqa əsaslanan suveren haqları təsdiq edildi. Lakin Qarabağda separatçı rejimin mövcudluğu hələ də ölkənin tam suveren idarəçiliyinə maneçilik törədirdi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa edərək, öz dövlət suverenliyini bütün əraziləri üzərində bərqərar etdi.

Azərbaycanın tam suverenliyinin bərpası Vətən müharibəsi və sentyabr ayında həyata keçirilən lokal antiterror əmaliyyatı olsa da, bu mərhələyə qədər uzun və şərəfli bir yol qət edilmişdir. Belə ki, 2016-cı ildə Aprel döyüşlərindən başlanan şərəfli yol bir neçə mühüm nəticəyə gətirib çıxardı: uzun illər süni şəkildə formalaşdırılan məğlubedilməz erməni ordusu mifi qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi, Azərbaycan ordusu öz peşəkarlığını və real gücünü sübut edərək ciddi psixoloji üstünlük əldə etmiş oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin siyasi iradəsinin, Azərbaycanın torpaqlarını azad etmək istiqamətində qətiyyəti bir daha təsdiqləndi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacağının ilk real siqnalını vermis oldu. Aprel döyüşləri beynəlxalq arenada Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti yenidən yönəltdi və işğalın davam etməsinin bölgədə təhlükə yaratdığı göstərildi.

Aprel döyüşlərindən sonrakı mərhələdə Naxçıvanda uğurla həyata keçirilən Günnüt əməliyyatı Vətən müharibəsinə gedən yolda və suverenliyimizin bərpası istiqamətində atılan mühüm və strateji bir addım idi. 2018-ci ilin may-iyun aylarında keçirilən Günnüt əməliyyatı Azərbaycanın suverenlik yolunda növbəti böyük uğuru oldu. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar ərazi işğaldan azad edildi. Eyni zamanda, Qızılqaya və Mehridağ yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi ki, bu da strateji baxımdan böyük üstünlük qazandırdı. Günnüt əməliyyatı, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmini və gücünü göstərdi, bu isə daha genişmiqyaslı əməliyyatların həyata keçirilməsi üçün zəmin yaratdı.

2016-cı il Aprel döyüşləri və 2018-ci il Günnüt əməliyyatı, Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətində atdığı ilk real və uğurlu addımlar oldu. Bu hadisələr Azərbaycanın hərbi gücünün artmasına, dövlətin strateji mövqelərinin möhkəmlənməsinə və Vətən müharibəsinə hazırlığın sürətlənməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl uğurlar, nəticədə 2020-ci ildə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə yekunlaşdı.

2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatları nəticəsində Azərbaycan Vətən müharibəsinə başlamağa məcbur oldu. 27 sentyabrda başlayan müharibə 44 gün ərzində Azərbaycanın tam qələbəsi ilə nəticələndi və Şuşa şəhərinin azad olunması ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Daha sonra sentyabr ayında uğurla icra edilən bir günlük lokal antiterror əməliyyatının keçirilməsi cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycanın tam suverenlik qazanmasına gətirib çıxardı.

Bu mərhələdən sonra Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən strateji siyasət nəticəsində Azərbaycan həm hərbi, həm diplomatik, həm də iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmişdir. O, ölkənin müdafiə qüdrətini gücləndirərək müasir və döyüş qabiliyyətli bir ordu formalaşdırmış, beynəlxalq arenada Azərbaycanın mövqeyini möhkəmləndirmiş və işğaldan azad edilmiş ərazilərin sürətli bərpasına start vermişdir. 

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi nailiyyətlərin rəsmi təsdiqi və Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin göstəricisidir. Bu həm də Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları daha da gücləndirməyi hədəflədiyini göstərir. 

Qazanılmış nailiyyətlər bundan sonra da dövlət quruculuğu istiqamətində, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin geri qaytarılması və beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində uğurlu addımların atılmasına imkan verəcək. 

Nicat YAQUBOV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri