Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Demokratiyanın inkişafında bələdiyyələrin yeri: 25 illik TARİX

Demokratiyanın inkişafında bələdiyyələrin yeri: 25 illik TARİX

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Bu seçkilər də nəzərə alınmaqla ölkəmizdə keçirilən bələdiyyə seçkilərinin sayı 7-yə çatıb. 

Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ilin dekabrında baş tutub. Növbəti seçkilər hər 5 ildən bir olmaqla təşkil edilib. 2004, 2009, 2014, 2019 və 2025-ci illərdə növbəti seçkilər keçirilib. 

Sfera.az bildirir ki, bələdiyyələr yerli özünüidarəetmə orqanıdır. Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının  xüsusi rolu var. Vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, burada dövlətin iştirakının minimum səviyyədə olması, qərarların qəbulunda vətəndaş müstəqilliyinə imkan verilməsi böyük önəm kəsb edir. İnsanların müstəqilliyi idarəetmədə də özünü göstərməlidir. Demokratiyanın inkişafı ilə əlaqədar olaraq son 200 ildə insanlar yerli idarəetmədə müstəqillik əldə etdilər və dövlətin iştirakı olmadan yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olan müstəqil qurum yaradaraq idarəetməni öz üzərinə götürdülər.

Azərbaycanda da artıq 25 ildir ki, yerli özünüidarəetmə institutu var. Ötən illərdə yerli özünüidarəetmə xalq hakimiyyətinin bir formasına çevrilib. Xalq öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında idarəetməni bilavasitə həyata keçirmək hüququna malikdir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında demokratik dövlət quruculuğu üçün xarakterik olan hüquqi təsisatlar təsbit olundu. Belə təsisatlardan biri də, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdir. Yerli özünüidarəetmə institutunun konstitusion qaydada təsbiti yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən orqanlara verilməsinə zəmin yaradır. 

Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr müstəqil orqandırlar və dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildirlər. Bələdiyyələtin hüquqi vəziyyəti 1999-cu ildə qəbul edilən “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənir.  “Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Konstitusiyası və bu qanunla səlahiyyətlərinə aid edilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə orqanları – bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.

Xatırladılan qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub.  “Bələdiyyələrin statusu haqqında” Qanuna görə, bələdiyyələr müstəqil olsa da onların fəaliyyətinə inzibati nəzarət də var. İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. Bələdiyyələrin müvafiq komissiyaları, seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.  

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaradılan bələdiyyələr hər bir regionu təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək imkanı yaradır. Bu baxımdan, Azərbaycanda təşkil edilən bələdiyyələrin mərkəzi hökumətlə münasibətlərinin nizamlanma mexanizmi tam işlənib hazırlanmalıdır.

Hələlik, əhalinin gündəlik həyat fəaliyyətinin təmin olunması ilə bağlı funksiyaların yerinə yetirilməsinə uyğun səlahiyyətlərin bir çoxu dövlət hakimiyyət orqanlarında qalmaqdadır və bu sahədə qarşılıqlı fəaliyyət texnologiyası işlənib həyata keçirilməmişdir. Bu dövrdə daha yüksək nailiyyətlər əldə edilməsi üçün dünya dövlətlərinin təcrübəsindən istifadə edərək, əsaslı struktur və maliyyə-vergi islahatlarının aparılması, onların icra mexanizmlərinin işlənməsi və həyata keçirilməsi vacib şərtlərdəndir. 

Vasif CƏFƏROV
Mövzu: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Qeyd: Bu yazı Media və İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri