Icma.az
close
up
RU
19 ölkənin alim və tədqiqatçıları MDU da keçirilən beynəlxalq konfransda FOTOAR

19 ölkənin alim və tədqiqatçıları MDU da keçirilən beynəlxalq konfransda FOTOAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il 6 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər (Sustainabl Development Strategy: Global Trends, National Experience and New Goals)” mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb. 

"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir. 

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, AzTU-nun rektoru prof. Vilayət Vəliyev, MDU-nun rektoru Anar Eminov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, həmçinin Azərbaycan və digər 19 ölkədən ali təhsil və tədqiqat institutlarını təmsil edən görkəmli alimlər, professor-müəllim heyəti, tədqiqatçılar, tələbə və magistrant iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Ardınca MDU-nun tələbələrinin hazırladıqları startap layihələrindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə təqdim olunan məhsullar müasir texnologiyalar, süni intellekt tətbiqləri, yaşıl enerji həlləri və sosial innovasiya layihələrini əhatə edib.

Konfransın rəsmi hissəsi Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq tədbirin təşkilinə görə Minnəçevir Dövlət Universitetinə təşəkkürünü bildirib. O vurğulayıb ki, müstəqil Azərbaycanın 35 illik inkişaf yolu, xüsusilə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə çevirib. Başçı qeyd edib ki, Azərbaycanın siyasi və iqtisadi sabitliyi, qlobal layihələrdə lider mövqeyi dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirilməsinin bariz göstəricisidir.

İlham İsmayılov çıxışında həmçinin postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, yeni infrastruktur layihələrinin həyata keçirildiyini bildirib. O vurğulayıb ki, bu prosesdə qardaş ölkələrin dəstəyi mühüm rol oynayır.

Mingəçevirin inkişafından danışan icra başçısı şəhərin son illər energetika mərkəzi olmaqla yanaşı, sənaye, turizm və urbanistika baxımından da sürətlə yeniləndiyini qeyd edib. O, yeni 1880 MVt-lıq “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsini, Yeni Sənaye Parkında fabriklərin yaradılmasını, “Mingəçevir Turizm və Rekreasiya Zonası” layihəsinin icrasını və MDU üçün yeni kampusun tikintisinə başlanılmasını şəhərin strateji inkişaf xəttinin mühüm mərhələləri kimi dəyərləndirib.

Başçı bildirib ki, bu layihələr Mingəçevirin sənaye və turizm potensialını artıracaq, yeni iş yerlərinin yaradılmasına və şəhərin regionun aparıcı mərkəzlərindən birinə çevrilməsinə töhfə verəcək. O, Mingəçevir Dövlət Universitetinin ardıcıl olaraq üçüncü dəfə beynəlxalq elmi konfransa ev sahibliyi etməsini yüksək qiymətləndirərək bu tədbirin elmi müzakirələrin genişlənməsi, yeni ideyaların formalaşması və strateji planlaşdırmaya elmi dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonda İlham İsmayılov III Beynəlxalq Elmi Konfransın işinə uğurlar arzulayaraq onun Azərbaycanın və Mingəçevirin gələcək inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib.

MDU-nun rektoru Anar Eminov çıxışında konfransın əhatə dairəsi barədə məlumat verərək bildirib ki, tədbirə dünyanın 19 ölkəsindən, eləcə də Azərbaycanın 24 ali təhsil və tədqiqat mərkəzindən olan alim və tədqiqatçılardan 600-dən artıq tezis və məqalə daxil olub. Rektor qeyd edib ki, Mingəçevir Dövlət Universiteti bu beynəlxalq elmi konfransın əsas ev sahibi kimi qlobal çağırışlara uyğun yeni bilik və innovativ yanaşmaların müzakirəsinə xüsusi önəm verir. Onun sözlərinə görə, “Davamlı inkişaf” konsepsiyası həm milli inkişaf strategiyalarının, həm də ali təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən birinə çevrilib.

Anar Eminov vurğulayıb ki, MDU-da aparılan islahatlar, universitet–sənaye, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, “açıq elm” prinsiplərinin tətbiqi, startap və innovasiya ekosisteminin gücləndirilməsi məhz bu məqsədlərə xidmət edir. O bildirib ki, konfransın Mingəçevirdə keçirilməsi şəhərin elm və təhsil məkanında artan rolunu nümayiş etdirir və MDU-nun beynəlxalq elmi ictimaiyyətlə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır.

Rektor çıxışının sonunda konfransın təşkilinə dəstək verən tərəfdaş qurumlara təşəkkür edib, tədbirin iştirakçıları üçün səmərəli fikir mübadiləsi və yeni əməkdaşlıq imkanları arzulayıb.

AzTU-nun rektoru prof. Vilayət Vəliyev çıxışında konfransın elm, texnologiya və innovasiya sahəsində qlobal trendlərin müzakirəsi üçün nadir platforma yaratdığını bildirib. Rektor qeyd edib ki, müasir dövrdə süni intellekt, yaşıl enerji, kibertəhlükəsizlik, rəqəmsallaşma və dördüncü sənaye inqilabı ilə bağlı dəyişikliklər cəmiyyətin bütün sahələrinə təsir göstərir. Azərbaycan universitetlərinin bu dəyişikliklərə adaptasiyası üçün universitetlərarası əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

V.Vəliyev sonda belə tədbirlərin ali təhsil müəssisələri arasında elmi əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirərək konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqlərindən sonra konfrans proqrama uyğun olaraq protokol çıxışları ilə davam edib. Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Polşanın Vistula Universitetinin rektoru prof. Wawrzyniec Konarski, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev, Polşanın Vistula Universitetinin və Cənubi Koreyanın Koreya Universitetinin professoru Şəhriyar Muxtarov çıxışlarında qlobal elmi əməkdaşlığın gücləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, süni intellektin inkişafı və davamlı iqtisadi modelin qurulması kimi məsələlərə toxunublar. 

Konfrans öz işinə dos. Ceyhun Mikayılovun moderatorluğu ilə "Əsas məruzəçilər" bölməsi ilə davam etdirilib. 

Burada dünyanın müxtəlif ali təhsil müəssisələrindən dəvət olunmuş dörd professor öz mövzuçarxlarını təqdim edib. Prof. Dr. İftekhar Hasan (Fordham Universiteti, ABŞ) “Qlobal siyasi əlaqələr və qlobal maliyyə dövriyyəsi”, Prof. Dr. Rodolfo Nayga (Texas A&M Universiteti, ABŞ) “Laboratoriya şəklində ət bazarı: davamlı inkişaf və siyasətə təsirləri”, Prof. Dr. Dragan Pamucar (Belqrad Universiteti, Serbiya) “Qərar qəbuletmə sahəsində qeyri-müəyyənliyin işlənməsi və defazzifikasiya üçün yeni metodologiyalar” və Prof. Dr. Hasan Dinçer (İstanbul Medipol Universiteti, Türkiyə) “Mikroşəbəkə layihəsi investorları üçün Kroudfandinq platformalarının Q-Ranqlı Ortoçift Qeyri-səlis Hibrid Qərar qəbuletmə Yanaşması vasitəsilə təhlili” mövzularında çıxışlar ediblər.

Konfransın ilk günü üç xüsusi sessiyaların keçirilməsi ilə başa çatıb. Birinci sessiya “Enerji və iqtisadi transformasiya”, ikinci sessiya “Qlobal tənlik: İqlim, süni intellekt və davamlı inkişafın gələcəyi” və üçüncü sessiya “İntellektual yer: İnnovasiya, enerji və öyrənmədə mükəmməlliyə doğru” paneli adlanırdı. Bu paneldə Türkiyənin yuxarı səviyyəli universitetlərindən olan prof. Dr. Mustafa Kartal və prof. Dr. Dilvin Taşkın süni intellektin enerji və ətraf mühit tədqiqatlarına, eləcə də texnologiya patentlərinə təsiri barədə təqdimatlar ediblər. Bu sessiyalar çərçivəsində enerji, iqtisadiyyat və süni intellekt sahələrində aktual mövzular ətrafında geniş müzakirələr aparıldı.

Konfransın ikinci günü “Yüksək impaktlı jurnallarda dərc strategiyaları” mövzusunda vörkşopun keçirilməsi planlaşdırılır. Vörkşopun moderatoru prof. Şəhriyar Muxtarov olacaq. O, Türkiyə və Koreyanın nüfuzlu ali məktəblərindən dəvət olunmuş bir sıra alimlərlə birgə impakt faktorlu jurnallarda nəşr strategiyaları barədə diskussiya aparacaq. 

Günün davamında 8 bölmə iclasının təşkili planlaşdırılır. 

Konfransın bağlanış mərasiminin 8 dekabr tarixində AzTU-da keçirilməsi planlaşdırılır. Bağlanış iclasında konfrans ərzində əldə olunan nəticələrin və gələcək əməkdaşlıq perspektivlərinin vurğulanması və yekun qərarın qəbulu nəzərdə tutulur. 

Qeyd edək ki, Davamlı İnkişaf Strategiyası mövzusunda konfransın I buraxılışı 10-11 dekabr 2021-ci ildə, II buraxılışı isə 8-9 dekabr 2023-cü ildə keçirilmişdir. Bu elmi ənənənin davam etdirilməsi ölkəmizin elm-intellektual mühitinin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri