Icma.az
close
up
RU
Demoqrafik böhran qapıda: Məktəblər boşalır, müəllimlər risk altında

Demoqrafik böhran qapıda: Məktəblər boşalır, müəllimlər risk altında

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalmanın müşahidə olunması Milli Məclisdə də gündəmə gəlib. Milli Məclis sədrinin müavini Əli Əhmədov bununla əlaqədar yaxın gələcəkdə məktəblərdə oxuyan uşaqların sayının əhəmiyyətli dərəcədə azalacağını qeyd edib. Belə ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub: "Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər".

Maraqlıdır, təhsil sistemimiz yaxın gələcəkdə demoqrafik azalma səbəbindən mütəxəssis artıqlığı ilə üzləşərsə, problemdən çıxış yolu necə tapılacaq?

"Kaspi" qəzeti hazırda ABŞ-də çalışan təhsil eksperti Qoşqar Məhərrəmovla müsahibədə bu problemin həlli yollarına nəzər salıb.

- Qoşqar müəllim, statistika ölkəmizdə demoqrafik azalmanı göstərir. Məsələn, 2024-2025 tədris ilində 132 261, 2025-2026 tədris ilində 130 000 uşaq 1-ci sinfə gedib.

- Demoqrafik azalma baş verdiyi təqdirdə təbii ki, məktəblərdə şagird sayı da azalacaq. Məktəblərdə üç, beş və ya 10 nəfərlik siniflər yaranacaq. Azərbaycan dövləti təhsili xalqa icbari formada təqdim edir. Ona görə də düşünürəm ki, əhalinin sayının azalması müəllim ixtisarı ilə nəticələnməməlidir. Digər tərəfdən, bizdə onsuz da bir çox məktəbdə 30-35 nəfərlik siniflər var. Hazırda bir sinif 25 nəfərlə komplektləşir. Biz əvvəlcə bunu 25 olaraq qeyd etmişdiksə, zaman keçdikcə 15-ə endirməliyik. Zatən tədqiqatlar da çox zaman qeyd edir ki, şagird sayı çox olduqda differeansiallaşdırma, individual qayğı, fərdi yanaşma çətin olur. Bu baxımdan, sinifdə şagird sayının az olması, müəllim üçün də, təhsil üçün də yaxşı nəticə verə, təhsilin keyfiyyətini artıra bilər. Biz demoqrafik azalmanı fürsətə çevirə bilərik. Əgər bəzi kənd və qəsəbələrdə şagird sayı düzəlmirsə, o halda məktəblər birləşdirilməli, müəllimlər böyük məktəblərdə işləməyə davam etməlidirlər.

- Şagird sayının azalması müəllimlərin dərs bölgüsünə təsir edə, əməkhaqlarının azalmasına səbəb ola bilərmi?

- Təbii ki, şagird sayının azalması bəzi məktəblərdə müəllimlərin dərs bölgüsünə mənfi təsir edəcək. Amma şagird sayını siniflərdə azaltsaq, özəl məktəblər kimi bir sinifdə 15 şagirdin olmasına çalışsaq, onda problem olmayacaq. Az resursla çox iş görmək keyfiyyəti aşağı salır. Bir müəllimlə 30 nəfərə tədris etmək fikrindən daşınmalı, şagird sayını azaltmalı, bir müəllimlə 15-20 şagirdə dərs vermək istiqamətində addım atmalıyıq. Onda dərs sayı azalmayacaq. Nəticədə əməkhaqqı da azalmayacaq. Bu da təhsilin keyfiyyətinin artırılması ilə nəticələnə bilər. Bəzi elmi ədəbiyyatlardan oxuyuruq ki, Çində, Yaponiyada şagird sayı çoxdur, amma tədrisin keyfiyyəti yaxşıdır. Ancaq bunu nəzərə almalıyıq ki, onların ailədən gələn tərbiyə, əxlaq normaları, ənənələri müəllimə qulaqasma yönümlüdür. Onlar sinifdə çox sakit, dərsə qarşı da çox ciddidirlər. Ona görə müəllim bir sinifdə 40 nəfərə dərs keçə bilir. Amma hazırkı dünyada - Cənubi Qafqaz, Avropa və Amerikada şagird sayının azaldılması üçün çalışılır.

- Hər il ali məktəblər pedaqoji fakültələrə tələbə qəbulunu artırır. Gələcəkdə müəllim əməyinə ehtiyac azalacaqsa, həmin məzunların taleyi necə olacaq?

- Artıq ali təhsil müəssisələrindəki ixtisaslar simvolik xarakter daşıyır. Həmin ixtisasları seçənlər biməlidirlər ki, biz artıq bazar iqtisadiyyatına keçmişik. Sovet dövründə deyirdik ki, beş il sonra bizim filan qədər müəllimə ehtiyacımız yaranacaq, universitetlərdə filan qədər tələbə olacaq. İndi isə deyirik ki, universitetlər giriş qapılarını geniş açsın. Nə qədər tələbə gələ bilirsə, cəlb etsin. Gözləntidən uzaqlaşmalıyıq. Müəllim ixtisasına yiyələnənlər tədris kurslarında, bağçalarda və ya fərqli sferalarda işləyə bilərlər. Artıq peşələr arasındakı likvidlik, axıcılıq artır. Bir şəxs müəllim ixtisasından məzun olduğu üçün məcbur deyil ki, mütləq müəllim işləsin. Bunu ali təhsil müəssisəsi deyil, tələbə özü düşünməlidir.

- Ötən il Azərbaycanda 96 məktəbin fəaliyyəti dayandırılıb. Bu fakt da şagird sayının azalması nəticəsində baş verən problemə diqqət çəkir…

- Rayon yerlərində 3-5 şagirdi olan məktəblər birləşdirilməlidir. Auditoriyaya xitab edən məktəb rentabelli sayıla bilməz. 3-5 nəfərlik məktəbdə təhsil mühitinin də yaxşı qurulması çox çətindir. Az şagird kontingentinə malik məktəblərin fəaliyyətinin dayandırılması gözləniləndir. Amma bağlanan məktəbin şagirdinə "artıq sənin kəndində məktəb yoxdur, başqa məktəbə getməlisən" deyilməməlidir. Bunu edəriksə, şagirdin təhsil hüququnu əlindən almış oluruq. Bu öhdəliyi valideynə buraxırıqsa, o da "mənim övladımı başqa məktəbə göndərməyə imkanım yoxdur" deyə bilər.

- Necə bilirsiniz, distant təhsil bu boşluğu doldura bilərmi?

- Ucqarlarda yaşayanlar üçün distant təhsil ənənəvi təhsilin yerini verə bilməz. Ona görə də daşımalı təhsili daha uyğun hesab edirik. Türkiyə modelində olduğu kimi şagirdlər dövlət və bələdiyyələr tərəfindən təşkil olunan avtobuslarla məktəbə daşınmalıdır.

- Bəs xarici ölkələrdə demoqrafik azalmanın təhsilə olan təsirləri necə həll olunur?

- İnkişaf etmiş ölkələrdə məktəblər daha böyük resurslara malikdir. Ona görə də siniflər 15-20 nəfərlə komplektləşir. Məsələn, mən ABŞ-də məktəbdə də, ali təhsil sahəsində də işləyirəm. Siniflərdə 11-13, 25-26 nəfər var. Az şagird sayı ilə də məktəb işinə, müəllim də dərsinə davam edir. "Uşaq azdır deyə müəllimi də azaldaq" yanaşması yoxdur.

- Problemdən çıxış yolunu nədə görürsünüz?

- Hesab edirəm ki, demoqrafik azalmaya görə dövlət müəllimlərin maaşına, dərs yükünə və ya karyerasına təsir etməməlidir. Şagird sayının azlamasını fürsətə çevirmək üçün deməlidir ki, 10 nəfərlə də, 15 nəfərlə də sinif sinifdir, müəllim normal dərs yükü ilə işini davam etməlidir. Müəllimlər də düşünməlidir ki, onlar təkcə təhsil müəssisələrinə möhtac deyillər, başqa yerlərdə də iş axtarmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri