Dəniz Əsədova yenidən hakim qarşısına çıxarılır
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Üç gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılır.
Axşam.az Gununsesi.info-ya istinadən xəbər verir ki, müğənni bu dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayətlərində təqsirli bilinir.
Məlumatda bildirilir ki, Dəniz Əsədovanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Vüqar Seyidovun sədrlik etdiyi kollegiya baxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Dekabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















