Vinisiusun “Real Madrid”dəki vəziyyəti çətinləşir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior əvvəlki oyun formasını bərpa etməkdə çətinlik çəkir.
İdman.Biz xəbər verir ki, futbolçunun Çempionlar Liqasında AEK ilə qarşılaşmadakı çıxışı da İspaniya mediasında müzakirələrə səbəb olub.
La Liqada diskvalifikasiya olunduğu üçün son oyunları buraxan Vinisius Yunanıstan təmsilçisinə qarşı meydana çıxsa da, gözlənilən təsiri göstərə bilməyib.
“Radio Marca”nın jurnalisti Migel Anxel Toribio Madrid klubunun qələbəsini şərh edərkən Cud Bellinqamın oyununu yüksək qiymətləndirib, braziliyalı futbolçunu isə tənqid edib.
“Mənfi məqam yenə Vinisius idi”, - deyə jurnalist bildirib.
Bu arada Yan Diomandenin son oyunlardakı çıxışı əsas heyətdə rəqabəti gücləndirib. Gənc futbolçunun ona verilən imkanlardan istifadə etməsi Vinisiusun vəziyyətini daha da çətinləşdirir.
Joze Mourinyo isə AEK ilə görüşdən sonra Vinisiusun oyununu qənaətbəxş qiymətləndirərək onun əvəzlənməsini taktiki dəyişikliklərlə əlaqələndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Noyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















