Deniz Sekinin səhhəti ilə bağlı xəstəxanadan açıqlama
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli müğənni Deniz Seki evində keçirdiyi qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
Sənətçinin sol budunda sınıq aşkarlanıb və o, əməliyyat olunub. Acıbadem Maslak Xəstəxanasından verilən açıqlamada Deniz Sekinin ümumi səhhətinin yaxşı olduğu bildirilib.
Xəstəxananın baş həkimi professor doktor Metin Uzunun sözlərinə görə, Seki avqustun 10-da yıxılma nəticəsində sol budunda yaranan ağrı səbəbilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı sol bud nahiyəsində sınıq müəyyənləşib.
Sənətçi həmin gün saat 17:00-da əməliyyata alınıb. Əməliyyat zamanı sınıq nahiyəsi sabitlənib, həmçinin budun hərəkətini təmin edən əzələlərdən birində yaranan cırılma bərpa olunub. Əməliyyatın uğurla keçdiyi açıqlanıb.
Həkimlər bildiriblər ki, Deniz Seki artıq ayağa qaldırılıb və dəstəklə yeriməsinə başlanılıb. Onun 5-6 gün ərzində xəstəxanadan buraxılması planlaşdırılır.
Deniz Sekinin qəzası ilə bağlı yayılan bəzi xəbərlərdə onun evinin balkonundan yıxıldığı iddia edilmişdi. Lakin xəstəxanadan verilən açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib.
Məlumata görə, Seki Sarıyerin Maden məhəlləsindəki evində pişik və itlərinə yemək verərkən sürüşkən yerdə ayağının sürüşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb.
Hadisədən sonra sənətçinin iş yoldaşı təcili tibbi yardım çağırıb. Seki xəstəxanaya aparıldıqdan sonra müayinələrdən keçirilib və əməliyyat olunub.
Həkimlərin nəzarətində olan Deniz Sekinin bir müddət istirahət etdikdən sonra səhnə fəaliyyətinə qayıtması gözlənilir.
Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Deniz Sekinin son durumu açıqlandı Eyvanda yıxılmayıbmış
11 Avqust 2026 14:36
Deniz Seki xəstəxanadan paylaşım etdi
13 Avqust 2026 12:34
Özcan Deniz ailəsi ilə bağlı açıqlama verdi
02 Mart 2025 21:28
Əli Mirəliyevdən səhhəti ilə bağlı açıqlama
29 Aprel 2025 23:55
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
25 İyun 2025 23:49
Baxış sayı:125
Bu xəbər 11 Avqust 2026 18:53 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları