Icma.az
close
up
RU
Dəniz sərhədlərimizin etibarlı sipəri

Dəniz sərhədlərimizin etibarlı sipəri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda özünün yüksəliş dövrünü yaşayan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti həm Birinci Qarabağ müharibəsi dövründə, həm də Vətən müharibəsinin gedişində Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla vuruşub. Xüsusilə 44 günlük Vətən müharibəsinin gedişində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin göstərdiyi qəhrəmanlıq hərb tariximizin şərəfli səhifələrindən birini təşkil edir. Bunları hərbi dənizçilərimizin peşə bayramı günündə xatırlatmağımız təsadüfi deyil.

Azərbaycan Hərbi Dəniz Qüvvələri özünəməxsis şanlı bir yol keçib. Tarixə nəzər saldıqda görürük ki, 106 il bundan əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması böyük çətinliklərlə yaradılıb. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Həmin gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunub. Azərbaycan hökumətinin bu tədbiri yeni qurulmuş müstəqil Azərbaycanın dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu,

Bu barədə XQ-yə açıqlama verən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov bildirdi ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaranması öz tarixini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürür: “Məlumdur ki, Birinci Dünya müharibəsinin nəticələrinə görə Azərbaycan ittifaq dövlətlərinin nəzarəti altına düşmüşdü. 1918-ci il noyabt ayının 17-də bu dövlətlər adından ingilis hərbi qüvvələri Azərbaycana daxil oldular və cümhuriyyət daxilində öz qaydalarını həyata keçirməyə başladılar. Başlıcası isə onlar Bakı şəhərini milli hərbi qüvvələrdən təmizləmək yolunu tutdular. Bu mənada onlar tələb etdilər ki, milli hərbi qüvvələrə rəhbərlik edən Hərbi Nazirlik Bakı şəhərini tərk etsin və Gəncədə yerləşsin. Eyni zamanda, Xəzər dənizində milli qüvvələrin hərbi fəaliyyəti məhdudlaşdırıldı. İngilislərin tələbi ilə Çar Rusiyasından Azərbaycana miras qalmış “Qars”, “Ərdəhan” kimi mina gəmiləri, “Astrabad”, “Nargin” və digər bir neçə köməkçi gəmi əvvəlcə Denikin qoşunlarının nəzarəti altına keçdi. Lakin Azərbaycan hökumətinin tələbi ilə ingilislər sonradan bu gəmiləri Azərbaycana təhvil verdilər. Bu hadisə 1919-cu il avqust ayını 5-də baş verdi. Həmin gəmilər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəniz donanmasının əsasını təşkil etdilər. Çox təəssüf ki, AXC-nin ömrü uzun sürmədiyindən Hərbi Dəniz Donanmasını inkişaf etdirmək mümkün olmadı. Amma Azərbaycan hökuməti anlayırdı ki, dəniz dövləti kimi ölkənin müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində Hərbi Dəniz Qüvvələrinin xüsusi yeri var”.

SSRİ dövründə bu sahədə vəziyyətə diqqəti çəkən M.Süleymanov qeyd etdi ki, sovet hakimiyyəti illərində Bakıda Xəzər Ali hərbi Dənizçilik Məktəbi var idi və xeyli sayda azərbaycanlı həmin məktəbi bitirərək hərbi dənizçi ixtisasına yiyələnirdilər: “Məhz həmin kadrlar müstəqilliyin bərpasından sonra formalaşdırılmağa başlanılan Hərbi Dəniz Qüvvələrinin kadr bazasını təşkil etdi. 1992-ci il iyul ayının 26-da “Bakılı” gözətçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı və bununla da keçmiç Xəzər donanmasının əmlakının bölüşdürülməsinə başladı.

Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələri Prezident İlham Əliyevin Azərbaycan Ordusunun strateji inkişafı ilə bağlı müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi üçün dünyanın inkişaf etmiş ölkələrinin hərbi dəniz qüvvələri ilə davamlı əlaqələr qurur, həmin ölkələrin qabaqcıl təcrübəsini öyrənir və öz döyüş qabiliyyətini daha da təkmilləşdirir”.

Onu da qeyd etməliyik ki, bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə, ümumiyyətlə, ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, zəruri tədbirlər həyata keçirilmişdir.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-nin nəzdində xüsusi kurslar fəaliyyət göstərir. Azərbaycanın Hərbi Donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi donanması ən müasir hərbi texnika ilə təchiz edilib. Bu gün Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri