Icma.az
close
up
RU
Xəzərin etibarlı sipəri 5 Avqust Hərbi Dəniz Qüvvələri Günüdür

Xəzərin etibarlı sipəri 5 Avqust Hərbi Dəniz Qüvvələri Günüdür

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biri idi. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrin bütün növlərində olduğu kimi, Hərbi Dəniz Qüvvələrində də ardıcıl islahatlar həyata keçirildi, vahid komandanlıq sistemi formalaşdırıldı, döyüş hazırlığı gücləndirildi, maddi-texniki baza möhkəmləndirildi və milli hərbi dənizçilik ənənələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Azərbaycan hərbi dənizçiliyinin tarixi irsinə verilən yüksək dəyərin ifadəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə imzaladığı müvafiq Fərmana əsasən hər il 5 avqust ölkəmizdə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur. Bu qərar Azərbaycan hərbi dənizçilərinin şərəfli xidmətinin dövlət səviyyəsində qiymətləndirilməsinin və milli hərbi-dəniz ənənələrinin yaşadılmasının mühüm təzahürü oldu.

Hərbi Dəniz Qüvvələrinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım 1997-ci ildə "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" Qanunun qüvvəyə minməsi oldu. Bu qanunla Hərbi-Dəniz Bayrağının və digər hərbi-dəniz rəmzlərinin hüquqi statusu müəyyənləşdirildi, müstəqil Azərbaycanın hərbi dənizçilik atributları rəsmiləşdirildi.

Azərbaycanın milli hərbi dənizçilik tarixi isə daha qədim köklərə malikdir. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1919-cu ilin avqustunda xarici hərbi qüvvələrin Bakını tərk etməsindən sonra Xəzər dənizinin Azərbaycan sektorunun mühafizəsi milli hökumətin səlahiyyətinə keçdi və ilk milli hərbi donanmanın formalaşdırılmasına başlanıldı. Elə həmin ilin sonlarında Baş Qərargahın nəzdində Hərbi Dəniz Şöbəsi yaradıldı, "Ərdahan", "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen", "Oryol" və digər hərbi gəmilər donanmanın tərkibinə daxil edildi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli hərbi donanma sovet hərbi-dəniz qüvvələrinin tərkibinə daxil edildi. Bununla belə, Azərbaycan dənizçilərinin peşəkarlıq ənənələri qorunaraq sonrakı nəsillərə ötürüldü.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında Hərbi Dəniz Qüvvələrinin yenidən təşkili istiqamətində mühüm addımlar atıldı. 1991-ci il 9 oktyabr tarixli "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun bu prosesin hüquqi əsasını müəyyənləşdirdi. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə müstəqil Azərbaycanın Dövlət Bayrağının ucaldılması isə Hərbi Dəniz Qüvvələrinin fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü.

Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası əsaslı şəkildə yenilənib, müasir döyüş və idarəetmə sistemləri tətbiq olunub, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

2015-ci il iyunun 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı oldu. Xəzər hövzəsinin ən müasir hərbi-dəniz bazalarından biri hesab olunan bu kompleks Azərbaycan dövlətinin Hərbi Dəniz Qüvvələrinin inkişafına verdiyi önəmin bariz nümunəsidir. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır." Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın artan iqtisadi gücü ordunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin müasirləşdirilməsinə və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

44 günlük Vətən müharibəsi dövründə Hərbi Dəniz Qüvvələri Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edərək Silahlı Qüvvələrin qarşısında duran vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Hazırda da hərbi dənizçilər dövlətimizin dəniz sərhədlərinin toxunulmazlığını, enerji infrastrukturunun təhlükəsizliyini və milli maraqlarını ayıq-sayıqlıqla qoruyurlar.

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələri zəngin tarixi ənənələri müasir hərbi imkanlarla birləşdirən, dövlətimizin dəniz sərhədlərinin etibarlı müdafiəsini təmin edən peşəkar hərbi qurumdur. 5 Avqust – Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Xəzərin keşiyində şərəflə xidmət edən bütün hərbi dənizçiləri və veteranları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq.

Nurəngiz Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri