Icma.az
close
up
RU
Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icrasına başlanıb

Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icrasına başlanıb

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub. Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq təxminen 26%, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1.5 dəfə artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5% artıb".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar "Konstitusiya və Suverenlik" - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb:

"Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83%, məşğulluqda isə 78%-dən artıqdır".

Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı üzrə də fəallığı artırmaq önəmlidir:

"Bu müstəvidə artıq dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icrasına başlanıb. Biznes nümayəndələrinin təşəbbüsləri dövlət-özəl tərəfdaşlığı üzrə yeni və gəlirli innovativ layihələrin gerçəkləşməsinə səbəb olardı. Bu sahədə aktivlik özəl sektora yeni bazarlar, texnologiya və innovasiyaya çıxışda böyük imkanlar, yeni məhsul və xidmətlər yaranar.

Ölkəmiz beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və KOB-ların dəstəklənməsi istiqamətində mühüm işlər görür. Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirilir. Bu proqramlar çərçivəsində sahibkarlara güzəştli maliyyə alətlərinə çıxış, biznes bacarıqlarının artırılması, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur. Xüsusilə, KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması, innovativ və ixracyönümlü fəaliyyətlərinin təşviqi beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir.

Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir. Türkiyə və Pakistanla Preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır.

Ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər".

"Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır. Elə bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir. Qeyd edək ki, elə bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir ki, bu da ölkəmizin iş adamları üçün yeni fürsətlər yaradır", - deyə nazir müavini bildirib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri