Icma.az
close
up
RU
Dəniz və hava nəqliyyatı yetərsizdir, TURİZM ÇÖKÜB

Dəniz və hava nəqliyyatı yetərsizdir, TURİZM ÇÖKÜB

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Quru sərhədlər 5 ildir bağlıdır, iqtisadiyyata böyük ziyan dəyir

Fuad İbrahimov: “Bahalı hotellər, bağlı sərhədlər - turizmin geriləməsinin səbəbləri çoxdur”

 Ölkəmizə gələn turistlərin sayında azalmalar davam edir. Dövlət Statistika Komitəsinin son 1 ildə açıqladığı məlumatları müqayisəli şəkildə təhlil etdikdə, görünür ki, illər keçdikcə ölkəmizə gələn turistlərin sayı artmaq əvəzinə, azalır. Halbuki turizm potensialımız heç də aşağı deyil. Hotellərin sayı gündən-günə artır, ölkəmizin zəngin tarixi, mədəniyyəti, cazibəli təbiəti danılmazdır. Amma turistlər getdikcə daha az maraq göstərir ölkəmizə. Yola salmaqda olduğumuz 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 24,2 faizi Rusiya, 17,6 faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus və Böyük Britaniya, 1,0 faizi Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olub, 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edib. 1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 faiz, Çindən - 43,1 faiz, Özbəkistandan - 38,6 faiz, Qırğızıstandan - 34,9 faiz, Yaponiyadan - 26,4 faiz, Qazaxıstandan - 20,3 faiz, Pakistandan - 12,5 faiz, İtaliyadan - 11,4 faiz, Almaniyadan - 10,3 faiz artıb. Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 804,5 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faiz artaraq 1 milyon 67,7 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının da ümumi sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olub. Vətəndaşlarımız ən çox (41 faiz) yenə də qardaş Türkiyəyə səfər edib. Rusiya, Gürcüstan, İran da Türkiyənin “ardınca”dır. Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

İqtisadçı Fuad İbrahimov Sherg.az-a ə açıqlamasında qeyd etdi ki, turizm göstəricilərinin azalmasına bir deyil, bir çox amillər təsir edir: 

- Turizmin inkişafı, turizmdən gəlir əldə edilməsi üçün ilk növbədə əlçatanlıq olmalıdır. Turistlər daha az xərclə daha çox gəzinti imkanı olan ölkələri seçirlər. Xarici turistlər üçün əsas qiymətdir. Turist səyahət üçün ölkə seçəndə, gəzməli-görməli yerlərə baxmır, əvvəlcə qiymətə baxır. Qiymət münasibdirsə, səyahətə qərar verir. Bizim ölkədə hotellər çox bahadır, yemək bahadır (turistlərə lap yüksək qiymət təqdim edilir), xidmət bahadır, xidmətin səviyyəsindən hələ danışmırıq. Adi suvenirləri çox baha qiymətə təklif edirlər. Bu, bir. İkincisi, biz həmişə demişik ki, maraqlı tanıtım, maraqlı hekayələr olmalıdır ki, əcnəbiləri cəlb etsin. Bizim “qonaqpərvər qalxıq”, “tarixi, mədəniyyət incilərimiz var” deməyimizlə iş bitmir. Bunları xaricilərə təqdim edə bilirikmi, məlumatlıdırlarmı, ona baxmalıyıq. Üçüncü, deyərdim ki, ən böyük səbəb quru sərhədlərin hələ də bağlı olmasıdır. Doğrudur, bunda regiondakı siyasi vəziyyət əhəmiyyətli rol oynayır. Amma məsələn, Gürcüstan quru sərhədləri açıb. Turizmdən də yüksək gəlir əldə edir. Bizim quru sərhədlərimizin artıq 5-ci ildir bağlı qalmasının ən böyük zərəri turizmə və buradan da iqtisadiyyata dəyir. Bu, məlum məsələdir. Quru sərhədlər bağlıdırsa, turist axınına da mənfi təsir edir, iqtisadiyyata da müəyyən mənada ziyan vurur. Yüklərin avtomobil yoluyla, gömrük-keçid məntəqələrindən daşınmasına əngəl yaranır, əhalinin gəlirləri də azalır. Quru sərhədlərin qapalı qalması bir çox sahələrə mənfi təsir göstərir, o cümlədən də turizmə. Statistikada göstərir ki, daha hava nəqliyyatı ilə gediş-gəliş olub. Quru sərhədlər bağlıdırsa, belə də olmalıdır. Hava nəqliyyatı isə hamı üçün əlverişli deyil. Təyyarə biletləri bahadır, turistlər də ucuz nəqliyyat növü axtarır. Dəniz nəqliyyatımız ümumiyyətlə sıfırdır. Quru sərhədlərin bağlı qaldığı bu illər ərzində dəniz nəqliyyatını inkişaf etdirmək olardı. Amma edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Dekabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri