Icma.az
close
up
RU
Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Turizm son illər bir sıra dünya ölkələrinin iqtisadiyyatında gəlir gətirən əsas sahələrdən birinə çevrilib.

Təsadüfi deyil ki, hazırda bəzi ölkələr turizm ölkəsi kimi tanınır. Həmin ölkələrdə davamlı olaraq yaradılan yeni hotellər, əyləncə mərkəzləri, səhiyyə sistemi, idman sahələri kimi amillər məhz turist cəlbinə yönəlib. Nəticədə isə həm ölkə təbliğ olunur, həm də gəlir əldə edir. 

Son illər Türkiyə turizm baxımından ən cəlbedici ölkələr siyahısına salınıb. Bugünlərdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2025-ci ilin ilk doqquz ayı üçün ziyarətçi məlumatlarını açıqlayıb.

Məlumata görə, 2025-ci ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,65 faiz artaraq 49.992.000 nəfərə çatıb. Bu dövrdə Türkiyəyə gələnlərin 41.568.000-i xarici, 8.423.000-i isə xaricdə yaşayan vətəndaşlar olub.

Xarici ziyarətçilərin sayı 6,75 faiz, xaricdə yaşayan vətəndaşların sayı isə 15,03 faiz artıb. Yalnız sentyabr ayında Türkiyəyə gələn ziyarətçilərin ümumi sayı 2,62 faiz artaraq 7.050.000 nəfərə çatıb. Sentyabr ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında Rusiya Federasiyası 971.000 nəfərlə birinci olub ki, onu 817.000 nəfərlə Almaniya, 539.000 nəfərlə Böyük Britaniya, 339.000 nəfərlə İran və 298.000 nəfərlə Polşa izləyib.

Ümumilikdə bu ilin ilk doqquz ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında Rusiya 5.525.000 nəfərləilk sırada yer alıb ki, onu 5.217.000 nəfərlə Almaniya, 3.524.000 nəfərlə Böyük Britaniya,  2.284.000 nəfərlə İran və 2.038.000 nəfərlə Bolqarıstan izləyib. Türkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, iyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü rübdə turizm gəlirləri əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,9 faiz artaraq 24,257,815,000 dollara çatıb.

Ziyarətçilər əsasən 73,8 faizlə "səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər" üçün gəliblər. "Qohumları və dostları ziyarət etmək" üçün gələnlər 17,3 faizlə ikinci, "alış-veriş"lə bağlı gələnlər 3,7 faizlə üçüncü yerdədir. Azərbaycanda da turizm illər öncə prioritet elan olunsa da, bu gün həmin ümidlər özünü doğrultmayıb. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1,948 milyon xarici turist səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azalma deməkdir.

Bəzi ekspertlər 2025-ci ildə turistlərin ümumi sayının 3 milyona çatacağını proqnozlaşdırsalar cari ilin başa çatmasına cəmi iki ay qalıb. Turistlərin sayının azalma səbəbləri: kimi yay mövsümündə regionda baş verən gərginliklər, İran-İsrail və Pakistan-Hindistan müharibələri, eləcə də hava məkanının qapalı olması göstərilir. Ölkəmizə ən çox turist gələn Körfəz ölkələrindən (yanvar-aprel) – 117 min (3,4% azalma) azalma müşahidə edilir. Qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb. 

Məlumata görə, DTA tabeliyində olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib.

Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur. Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.

Beləliklə ki, yanvar-sentyabr ayları ərzində Azərbaycana 1,948 milyon xarici turist səfər etdiyini, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azalma olduğunu nəzərə alsaq bu o deməkdir bizin turizm inkişaf etməkdənsə geri gedir. Buna səbəb kimi bəzi müharibələr göstərilirsə, məsələn, Türkiyəyə gələn turistlərin sırasında ruslar, ukraynalılar ilk sırada yer alır. Bizdə isə əksinə, ölkəmizə ən çox Körfəz ölkələrindən gələn turistləri isə məhz azərbaycanlıların "alver bazarı" qaçaq salıb.

Ölkə daxilində konfranslar keçirməklə, bu sahədə heç bir yeniliyə nail olmadıqca bu sektorda heç bir nailiyyət əldə olunmayacaq. Turizm "Qız qalası", Şahdağ və "kabab" demək deyil. Bunun üçün ən azından turizm ölkələrinin bu sektorda mövcud proqramı ilə tanış olmaq lazımdır. Əks təqdirdə yalnız ümidlərlə zaman itiririk.

Nigar Abdullayeva
"Cdebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri