Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Dəniz yataqları bu gün də zəngin neft qaz xəzinəsidir

Dəniz yataqları bu gün də zəngin neft qaz xəzinəsidir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizinin Azərbaycan sektoru yeraltı sərvətlərinin zənginliyinə görə bütün dünyada məşhurdur. Bu zənginliyin açarı 76 il əvvəl tapılsa da, uzun illərin hasilatından sonra neft-qaz ehtiyatlarımız hələ tükənməyib. Ötən müddətdə kəşf olunmuş yataqlar ölkə neftçilərinin şücaəti sayəsində Azərbaycanın bugünkü iqtisadi iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Təsadüfi deyil ki, hazırda ölkəmizi dünyada və Avropada etibarlı enerji tərəfdaşına çevirmiş “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz”lə yanaşı, köhnə neft-qaz yataqları da iqtisadiyyatımıza uğurla xidmət edir.

İyun ayının ilk günlərində Bakıda keçirilmiş Enerji Həftəsi də Azərbaycan neft-qaz sənayesi üçün, bir növ, hesabat xarakterli beynəlxalq toplantı kimi yadda qaldı. Həftə çərçivəsində təşkil olunmuş Xəzər neft və qaz sərgisində, eləcə də Bakı Enerji Forumunda ölkəmizin neft və qaz sektorunda qazanılmış çoxsaylı uğurlar bir daha nümayiş etdirildi. Mötəbər enerji toplantısının iştirakçıları dünyanın transmilli şirkətləri ilə hasilatın pay bölgüsü sazişləri çərçivəsində icra edilən layihələrlə yanaşı, Azərbaycan neftçilərinin zəngin təcrübəsi nəticəsində uzun illər istismarda olan yataqlar üzrə əldə edilmiş göstəricilərlə də tanış olmaq imkanı qazandılar.

Elə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz neft yataqları üzrə əldə olunmuş nailiyyətlər və perspektiv imkanlar barədə yaydığı məlumat da bu baxımdan diqqətçəkən oldu. Qurumun məlumatında bildirilir ki, dünyada açıq dənizdə neftçıxarmanın əsasının qoyulduğu “Neft daşları” yatağı öz zənginliyini bu gün də qoruyub saxlayıb. İşlənmənin əvvəlindən 2025-ci il aprelin 1-dək bu yataqdan 181,2 milyon ton neft və 14,2 milyard kubmetr səmt qazı hasil edilib. Ötən illər ərzində “Neft daşları” yatağında 1983 quyu qazılıb. Hazırda həmin quyulardan 430-u istismar fondundadır.

Xatırladaq ki, “Neft daşları” yatağı 1949-cu ildə açılıb. Həmin il noyabrın 7-də gündəlik 100 ton hasilatla istismara daxil edilmiş ilk quyu Azərbaycan neft sənayesini bütün dünyada məşhurlaşdırıb. Təsadüfi deyil ki, “Neft daşları” açıq dənizdə ilk dəniz platforması kimi “Ginnesin rekordlar kitabı”na daxil olub. Uzunluğu 12 kilometr, eni isə 6 kilometr olan “Neft daşları” yatağı 1951-ci ildə tam işlənməyə daxil edilib. Ötən müddətdə “möcüzələr adası”nda 180 kilometrdən çox estakada salınıb, 320-dən artıq istehsalat meydançası quraşdırılıb, 100 kilometrlərlə neft, qaz və su kəmərləri çəkilib. Dənizdə illik neft-qaz hasilatının 70 faizi sahilə məhz buradan ötürülür.

Bununla yanaşı, uzun illər işlənmədə olan “Günəşli” yatağından hasil edilmiş karbohidrogenlərin də həcmi açıqlanıb. Xatırladaq ki, karbohidrogen ehtiyatlarının zənginliyinə görə seçilən “Günəşli” strukturu 1958-1963-ci illərdə seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunub. 1977-ci ildə burada 1 nömrəli kəşfiyyat quyusu qazılıb və yatağın tammiqyaslı istismarına başlanılıb. “Azneft” İstehsalat Birliyi üzrə hasilatın 55 faizindən çoxunu verən “Günəşli” yatağının dayaz sulu hissəsində 14 dərin dəniz özülü fəaliyyət göstərir. İşlənmənin əvvəlindən 2025-ci il aprelin 1-dək buradan 209,2 milyon ton neft (kondensatla birlikdə) və 136,5 milyard kubmetrdən çox qaz hasil olunub.

Ümumilikdə isə, ötən 48 il ərzində “Günəşli” yatağının dayaz sulu hissəsində 371 quyu qazılıb. Hazırda həmin quyuların 274-dən neft və qaz çıxarılır. Yeri gəlmişkən, Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin yeraltı sərvətlər xəzinəsi olan “Günəşli” yatağından hasil olunan neft yüksək keyfiyyətə malikdir. Tərkibinə görə “Azeri Light” markasına tam uyğun gələn “Günəşli” nefti olduqca yüngüldür.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 kilometr, Bulla adasından 12-15 kilometr, “Səngəçal dəniz” – “Duvannı-dəniz” – “Xərə Zirə adası” yatağından isə 10 kilometr cənub-şərqdə yerləşir. Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha cox dəyişir. Dənizin dibi maili olaraq cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 milyon kubmetr qaz alınıb.

Hazırda burada 1-i neft və 8-i qaz-kondensat olmaqla 9 quyu fəaliyyətdədir. Həmin quyular fontan üsulu ilə istismar edilir. İşlənmənin əvvəlindən bu il aprelin 1-dək “Bulla-dəniz” yatağından 70,8 milyard kubmetrdən çox qaz və 12,5 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Bir neçə il əvvəl işlənməyə daxil edilmiş “Abşeron” yatağı da qaz ehtiyatlarının zənginliyinə görə seçilir. Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 2009-cu ildə SOCAR-la Fransanın “TotalEnergies” şirkəti arasında imzalanıb. 2023-cü il avqustun 4-də “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil olub. Bununla da, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35 faiz ADNOC isə 30 faiz səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdırılıb. Saziş sahəsi 747 kvadratkilometr olan yatağın işlənilməsini layihənin birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.

2011-ci il yanvarın 14-də Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə yataqda qazma prosesi başlanılıb. 2011-ci il sentyabrın 9-da “Abşeron” yatağının kəşf edildiyi bəyan edilib. 2019-cu ildə yataqda 7 min 411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işləri başa çatdırılılb. Növbəti ilin sentyabr ayında isə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirilib.

2023-cü il iyulun 3-də “Abşeron” qaz-kondensat yatağından gündəlik 4,2 milyon kubmetr qaz və 1200 ton kondensat hasilatı ilə istismara başlanılıb. Hazırda fəal işlənmə mərhələsində olan bu yataqdan ötən müddətdə 2,6 milyard kubmetrdən artıq qaz və 1 milyon tondan çox kondensat hasil edilib.

Azərbaycanın qaz sənayesinin perspektivli, ümidverici yataqlarından sayılan “Ümid” strukturunda dərin axtarış qazmasına 1977-ci ildə başlanılsa da, heç bir quyuda sınaq işləri aparılmayıb. “Ümid” qaz-kondensat yatağı 1 saylı stasionar dəniz özülündən 2009-2011-ci ildə qazılmış 8 saylı quyu vasitəsi ilə kəşf olunub. Dənizin 58 metr dərinliyində quraşdırılmış platformanın tikintisindən tutmuş, qazma işlərinə kimi bütün əməliyyatlar SOCAR-ın öz gücü ilə həyata keçirilib. Məhz bunun nəticəsidir ki, “Ümid” yatağı SOCAR-ın müstəqillik illərində öz daxili imkanları hesabına kəşf etdiyi ilk yataq kimi tarixə düşüb.

İlkin hesablamalara görə, yatağın ehtiyatları Balaxanı VIII, Fasilə (B,C,D), Fasilə E, QüQ və QA lay dəstələrinə görə 129 milyard kubmetr qaz və 20 milyon ton kondensat həcmində qiymətləndirilir. İstismarına 2012-ci ildə başlanılmış “Ümid” qaz-kondensat yatağının işlənilməsi “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı (UBOC) tərəfindən həyata keçirilir. Ötən müddətdə buradan 11,2 milyard kubmetr qaz və 1 milyon 650 min ton kondensat hasil olunub.

“Azneft” İstehsalat Birliyi hazırda balansında olan bütün yataqlar üzrə yeni quyuların planlaşdırılmasında yüksək hasilat və iqtisadi səmərəliliyin artırılması üçün optimallaşdırma işləri aparır. Bu məqsədlə yüksək maili və horizontal quyuların qazılması imkanları genişləndirilir. Qurumdan verilən məlumata görə, “Abşeron” Neft-Qazçıxarma İdarəsinin balansında olan “Pirallahı” yatağında horizontal qazma və süzgəclə tamamlama sayəsində istismara verilən quyu üzrə günəlik 2,5 dəfə hasilat artımı gözlənilir.

Qeyd edək ki, hazırda “Azneft” İstehsalat Birliyinin tərkibində “Neft daşları”, “28 May”, N.Nərimanov adına, “Abşeronneft”, “Siyəzənneft”, “Bibiheybətneft” və Ə.C.Əmirov adına neft-qazçıxarma idarələri fəaliyyət göstərir. Həmin müəssisələrin balansında, ümumilikdə, 21-i dənizdə, 28-i isə quruda olmaqla 49 neft və qaz yatağı mövcuddur. Hazırda bu yataqların 28-i (13-ü dənizdə, 15-i quruda) işlənmədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:547
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri