Icma.az
close
up
RU
Naxçıvan təbii sərvətlər xəzinəsidir

Naxçıvan təbii sərvətlər xəzinəsidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə “Geomining – 2025”, Beynəlxalq Geologiya-Mədənçilik Forumunda geniş söhbət açılıb

Dünən Naxçıvanda “Geomining – 2025” Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilib. “Naxçıvan Saray”da təşkil edilən məclisin iştirakçıları əvvəlcə muxtar respublika ərazisində filiz və qeyri-filiz faydalı qazıntı yataqlarından götürülmüş süxur, mineral resurslar və tikinti materialları nümunələri, eləcə də diyarımızın təbiət zənginliklərini özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçılarını salamlayaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın iqtisadi və ekoloji tarazlığının təmin edilməsi əhatəli əksini tapıb. Bu sənəddə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadəsi və geoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu prinsip geologiya və mədənçilik sahəsində həyata keçirilən hər bir layihədə rəhbər tutulur.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, muxtar respublikada son 2 ildə qeyri-filiz və inşaat materialları yataqlarının axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb. 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib. Çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir.

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş bütün işlər icra olunub. Babək rayonu ərazisindəki Xal-Xal sahəsində cari ildə çöl geoloji kəşfiyyat işlərinə başlanılıb. “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetal yataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirmə işlərinin həyata keçirilməsi də “Dövlət Proqramı”nın əsas istiqamətlərindən biridir. Muxtar respublika ərazisində ilk dəfə olaraq 2023-cü il 7 iyul tarixindən etibarən 11 qeyri-filiz faydalı qazıntı yatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyon manata yaxın vəsait büdcəyə daxil olub.

Forumu geologiya və mədənçilik sahəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin və dövlət qurumlarının nümayəndələrinin bir araya gəldiyi mühüm bir platforma kimi dəyərləndirən səlahiyyətli nümayəndə Fuad Nəcəfli vurğulayıb ki, burada müzakirə ediləcək məsələlər təkcə Azərbaycanın deyil, həm də regionun və bütövlükdə qlobal mədənçilik sektorunun gələcək inkişaf perspektivlərinə yönəlib. Beynəlxalq qiymətləndiricilərin dəvət olunmasında əsas məqsəd filiz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalq qəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsi, yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılması və investisiya üçün açılmasıdır.

Beynəlxalq Forumda Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Özbəkistan EA-nın vitse-prezidenti, Abdurazak Mirzayev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri çıxış ediblər. Muxtar Respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat və dağ-mədən sahəsində görülmüş işlər barədə məlumat verib.

Forumun Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunularaq bildirilib ki, bura Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Türkiyə, Azərbaycan, o cümlədən Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir. Birgə səylər hər iki qardaş ölkə üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə, şübhəsiz, ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq.

Beynəlxalq forum mövzuya dair panel müzakirələrlə öz işini davam etdirib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri