Icma.az
close
up
RU
Merkuri planeti almaz xəzinəsidir

Merkuri planeti almaz xəzinəsidir

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Günəş sistemində ən kiçik, həmçinin günəşə ən yaxın planet hesab edilən Merkuri barədə bəzi faktlar üzə çıxıb.
Reyting.az
-ın məlumatına görə, elmi araşdırmalar milyardlarla il əvvəl Merkuri planetinin tam maqma okeanı ilə dolduğu zaman baş vermiş heyrətamiz proseslərə işıq salır. Alimlərin fikrincə, elə həmin dövrlərdə karbonun tamamilə saf almaza çevrilməsinə əlverişli şərait yaranıb.
"MESSENGER" zondunun topladığı məlumatlara görə, Merkurinin qabığı natrium, kükürd və qrafit də daxil olmaqla uçan maddələrlə çox zəngindir. Tədqiqatçılar məhz bu səbəbdən yüksək təzyiqin, eləcə də temperaturun təsiri ilə qrafitin almaza çevrilə biləcəyi ehtimalını irəli sürüblər.
Bernard Şarlenin rəhbərlik etdiyi Çindən və Belçikadan olan tanınmış alimlər qrupu laboratoriyada erkən Merkurinin şərtlərini yenidən yaratmalı olublar. Elm adamları buna nail olmaqdan ötrü kimyəvi birləşmələrin qarışıqlarından çox ustalıqla istifadə etməklə, laboratoriyada 1900 dərəcə selsiyə qədər temperatur yaradıblar. Aparılmış təcrübələr bir daha belə şəraitdə almazın əmələ gəlməsinin mümkünlüyünü təsdiqləyib.

Planetin tədricən soyuması bu almazların yavaş-yavaş səthə çıxmağa başlamasına səbəb olub və onlar metal nüvə ilə silikat mantiya arasında yerləşib, daha sonra isə qalınlığı 200 metrə çatan təbəqə əmələ gətirib. Bu təbəqə planetin kütləsinin təxminən 1 faizini təşkil edir.
Müqayisəli elmi tədqiqatlar həm də onu göstərir ki, Merkuridə yaranmış almazlar yerdəkilərdən çox əhəmiyyətli dərəcədə böyük ola bilər. Mütəxəssislər tərəfindən əvvəllər aparılmış kompüter modelləri də meteorit bombardmanları nəticəsində qrafitin kütləvi dəyişkənliyə uğramasını və almaza çevrilməsinin mümkünlüyünü göstərir.
Alimlər hesab edirlər ki, Merkuri planeti zəngin bir xəzinədir. Çünki bu planetdəki almaz ehtiyatları Yer kürəsindəki mövcud almaz ehtiyatlarından təxminən on dəfə çoxdur. Bununla belə, müasir dünya elmi üçün məlum olan kosmik maneələr, eləcə də girişdə yaradılan çətinliklər, həmçinin ekstremal şərait səbəbindən Merkuri indiyə qədər tədqiqatlar üçün əlçatmazdır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri