Icma.az
close
up
RU
Etirazçılar Bolqarıstanda hökuməti deviriblər FOTOLAR

Etirazçılar Bolqarıstanda hökuməti deviriblər FOTOLAR

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, cari ilin yanvar ayından bəri ölkədə hökm sürmüş sabiq hökumət 2026-cı ilin 1 yanvarından etibarən Bolqarıstanı avrozonaya salmaq niyyətində idi. Hərçənd bu və digər planlara baxmayaraq, Baş nazir Rosen Jelyazkov hökumətdə korrupsiyaya, vergilərin artırılmasını nəzərdə tutan yeni dövlət büdcəsinə qarşı küçə nümayişləri fonunda dünən istefa verib. Məlumata görə, istefadan qabaq hətta Bolqarıstan Prezidenti Rumen Radev də hökumət başçısını vəzifədən çəkilməyə çağırıb.


İstefa nəticəsində etirazlar xeyli səngiyib. Hazırda aksiya iştirakçıları parlamentdən "ümidli" qərarlar gözləyirlər. Hərçənd mütəxəssislər vurğulayırlar ki, tezliklə yeni hökumət müəyyənləşməzsə, Bolqarıstan qarşıdakı aylarda seçki labirintinə düşə bilər. Sofiyada fəaliyyət göstərən Demokratiya üzrə Təhqiqatlar Mərkəzinin Hüquq Proqramının direktoru Dimitar Markovun sözlərinə görə, belə bir vəziyyətin üzə çıxma ehtimalı böyükdür.
Məlumat üçün bildirək ki, Bolqarıstanda hökumətə qarşı aksiyaları keçən ay başlayıb. Nümayişçilər Rosen Jelyazkovun rəhbərliyində hökumətin yüksək dövlət xərclərini maliyyələşdirmək məqsədilə vergiləri artırmasına görə etiraza qalxıblar. Sözügedən maliyyənin ölkədəki korrupsional hüquq-mühafizə və ədliyyə sisteminə yönəldiləcəyi barədə xəbərlər əhalini daha da qəzəbləndirib. Nəticədə büdcə layihəsi geri çəkilibsə də, aksiyalar yaxın günlərədək səngiməyib.


Maraqlıdır ki, etirazçıların böyük qismi məhz devirdikləri hökumətin qərarına uyğun şəkildə ölkənin avrozonaya girməsini istəyirlər. Bu hal ictimai-siyasi mənada vəziyyətin daha da sual altında qalmasına gətirib çıxarır Eyni zamanda, aparılmış sorğular göstərir ki, əhali avro məsələsində ciddi fikir ayrılığındadır. Əksəriyyət belə qənaətdədir ki, avroya keçid prosesində hökumətin ciddi nəzarət mütləqdir, əks təqdirdə, yeni valyuta fonunda ictimai çaşqınlığı fürsət sayanlar qiymətləri süni surətdə artıra bilərlər.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri