Icma.az
close
up
RU
Dənizdə boğulma halları niyə artıb? ARAŞDIRMA

Dənizdə boğulma halları niyə artıb? ARAŞDIRMA

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yayın gəlişi ilə başlayan çimərlik mövsümü, təəssüf ki, həm də ölümlərlə yadda qalır. Son vaxtlar bu cür faciələr o qədər tez-tez baş verir ki, artıq belə xəbərlər cəmiyyət üçün adiləşib. Halbuki hər boğulma faktının arxasında bir ailənin faciəsi, yarımçıq qalan bir ömür dayanır. Bütün xəbərdarlıqlara baxmayaraq, bir çoxları küləkli və dalğalı havalarda belə çimərliklərə üz tutur, təhlükəni gözardı edir. Əslində, təhlükə yalnız dənizlə məhdudlaşmır. Yayda dənizdə boğulmalar, qışda dəm qazından zəhərlənmələr, ilboyu isə yollarda baş verən piyada ölümləri eyni səhlənkarlığın nəticəsidir. Bu kimi hallara səbəb isə insanların öz həyatlarına qarşı məsuliyyətsiz münasibəti və təhlükəsizlik qaydalarına əməl etməməsidir.

Növbəti boğulma hadisəsi Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki ictimai çimərlikdə baş verib. Nəticədə daha iki nəfər həyatını itirib. Belə ki, İmişli rayon sakini, 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğularkən, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov onu xilas etmək üçün suya atılıb. Lakin o, A.Rüstəmovu xilas edə bilməyib və özü də boğularaq ölüb.

Bundan əvvəl, iyulun 27-də isə Binəqədi rayonunun Novxanı qəsəbəsində dənizdə iki nəfər boğularaq ölüb.

Son günlər ard-arda baş verən bu faciələr bir daha bu sualı gündəmə gətirir: Boğulma halları daha çox hansı şəraitdə və hansı səhvlər ucbatından baş verir?

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərliyə gedərkən ilk öncə nəzərə alınmalı məsələ hava şəraitidir:


“Əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. "Əlverişsiz hava şəraiti" dedikdə küləyin sürətinin saniyədə 16 metrə çatması və ya günün qaranlıq saatları nəzərdə tutulur .Ümumiyyətlə, dünya üzrə statistikaya baxdıqda suda boğulma hallarının 70 faizindən çoxunun məhz əlverişsiz hava şəraiti zamanı baş verdiyi məlum olur. Digər mühüm məqam isə çimərlik seçərkən doğru qərar verməkdir. Yalnız və yalnız fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərə getmək lazımdır. Təbii ki, bu cür çimərliklərdə mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən baxış keçirilir. Bu zaman su hövzəsinin akvatoriyası, sualtı axınlar, yarğanlar, suyun fiziki, kimyəvi və bioloji-sanitar normalara uyğunluğu yoxlanılır. Əgər həmin ərazidə insanların həyat və sağlamlığı üçün hər hansı təhlükə riski yoxdursa, yalnız o zaman fəaliyyətə icazə verilir. Əlavə olaraq, bu çimərliklərdə xilasetmə xidmətləri də fəaliyyət göstərir. Statistikaya nəzər salsaq görərik ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxs xilas olunur. Onların statistikasına əsasən, nəzarət etdikləri çimərliklərdə bir nəfər belə boğulmayıb. Bu fakt onu deməyə əsas verir ki, bu çimərliklər daha təhlükəsizdir. Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Dünya üzrə statistikaya əsasən, suda boğulma hallarının 98 faizi nəzarətsiz çimərliklərin payına düşür. Mütləq şəkildə nəzarət olunan, fəaliyyətinə icazə verilən və xilasetmə xidmətləri olan çimərliklərə getmək tövsiyə olunur”.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili isə Bakupost.az -a bildirib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb və may ayından etibarən sahilboyu monitorinqlər keçirilib:

“Monitorinqlərin keçirilməsində əsas məqsəd çimərlik operatorlarına, yəni özəl çimərlik sahibkarlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim olunması olmuşdur. Özəl çimərlik sahibkarları öz ərazilərində təhlükəsizlik tədbirlərini özləri həyata keçirməlidirlər. Fövqəladə Hallar Nazirliyi yalnız və yalnız dövlət tərəfindən nəzərdə tutulmuş və “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirir. Həmin ərazilərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, sualtı təmizləmə işləri görülür, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılır. Həmin nişanlar 1 metr 75 sm dərinlikdə yerləşdirilir və bu nişana qədər üzmək üçün təhlükəsiz sahə yaradılır”.

Onun sözlərinə görə, çimərlik ərazilərində həmçinin maarifləndirici lövhələr quraşdırılır, xilasedicilər xidmət aparır və texniki vasitələr daima saz vəziyyətdə saxlanılır:

“İyun ayının 15-dən etibarən əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Əgər hər hansı özəl çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyi deməkdir. Əgər ərazidə xilasedici yoxdursa, demək ki, biz boğulma riski ilə üz-üzəyik. Bəzən görürük ki, bir ərazidə iki nəfər, üç nəfər birdən batır. Əslində burada batan bir nəfər olur, digər şəxslər ona kömək etmək istəyir və xilasetmə vərdişlərini bilmədikləri üçün özləri də suda boğulurlar. Ona görə də bütün bu problemlərlə üzləşməmək üçün yalnız və yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməliyik.”

Ekspert əlavə edib ki, bu il baş vermiş bütün boğulma halları məhz nəzarətsiz, yəni xilasedicilərin olmadığı ərazilərdə qeydə alınıb:

Cari ildə 46 nəfər suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs Nazirliyin xilasediciləri tərəfindən xilas olunub və nəzarət olunan çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də xilasedicilər olan çimərliklərdən istifadə olunmalıdır və ərazidə xidmət aparan xilasedicilərin göstərişlərinə, eləcə də ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə əməl edilməlidir. Və onu da qeyd edim ki, bəzən bölgələrimizdə uşaq və yeniyetmələr valideyn nəzarətindən yayınaraq çimərlik olmayan suvarma kanalları, süni göllər, su anbarları və bu kimi su hövzələrindən istifadə edirlər ki, bu da sonda acı nəticələrə səbəb olur. Bu kimi su hövzələrinin mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması onlardan istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır. Odur ki, valideynlər diqqətli olmalıdırlar, uşaq və yeniyetmələri çimərlik olmayan su hövzələrindən istifadə etməkdən çəkindirməlidirlər”.

Bir çoxlarının “Dənizin dibindən qum yığılıb nəticədə dərin çuxurlar yaranıb və bu, boğulmalara səbəb olur” kimi fikirlərinə gəlincə, A. Əlili bildirib ki, Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi çimərliklərdə belə bir hal aşkarlanmayıb:

“Bizdə ayda bir dəfə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır. Əgər belə bir təhlükə mənbəyi varsa, ora dərhal məlumatlandırıcı nişan qoyulur və ərazi çəpərlənir. Bizim nəzarət etmədiyimiz ərazilərdə çox şeylər ola bilər.Adı üstündədir - nəzarətsiz ərazilər”.

A.Əlili həmçinin Abşeron yarımadasında təhlükəli çimərlik ərazilərİnin olduğunu vurğulayıb:

“Şüvəlan qəsəbəsində Milqaya, Şimal QRES, Bilgəh qəsəbəsində On ikinci dalan, el arasında “daçnik” kimi tanınan ərazi, Nardaran qəsəbəsində “Yaxt Klub” – “Estakada” deyilən ərazi, Novxanı və Görədil qəsəbələri arasında “Sarı Qaya” deyilən ərazi, Qaradağ rayonunda “Mayak” deyilən ərazi və Zirə qəsəbəsində Zirə limanı yaxınlığındakı ərazilər olduqca təhlükəli çimərliklərdir. Sual oluna bilər ki, burada təhlükə nədən ibarətdir? Həmin ərazilərdə sualtı axınların sürəti normadan artıqdır. Ərazidə sualtı relyef daş, qaya və digər yad cismlərlə zəngindir. Xüsusən qayalıq hissələrdə burulğanlar əmələ gəlir və küləyin sürətindən, istiqamətindən asılı olaraq dənizin içərilərinə doğru sualtı axınlar yaranır ki, bu da birbaşa insan həyatı üçün təhlükəlidir. Ona görə də vətəndaşlarA tövsiyə edirik ki, xilasedicilərin olmadığı çimərliklərdən istifadə etməsinlər. Bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə və hava qaraldıqdan sonra çimərliklərə gəlirlər, suya girirlər. Nəzərə alsınlar ki, bu da olduqca təhlükəlidir. Çünki qanunvericiliyin tələbinə görə küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Hava qaraldıqdan sonra da suya girmək təhlükəlidir. Çünki xilasedicilərin iş saatı səhər saat 9-dan axşam saat 8-ə kimidir. Saat 8-də vətəndaşlara sudan çıxmaları barədə səsgücləndiricilərlə müraciət olunur. Çünki hava qaraldıqdan sonra biz dənizdə üzmə sərhədlərini müəyyən edən nişanları görə bilmirik. O cümlədən, hər hansı hadisə baş verdikdə qaranlıq olduğuna görə görmə və xilasetmə işləri aparmaq mümkün olmur. Təkcə bizim ölkədə deyil, dünyanın bütün yerlərində hava qaraldıqdan sonra suya girmək tövsiyə edilmir”.

Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see298

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see293

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see245

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see235

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see235

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see231

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see221

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see220

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see214

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see211

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see208

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see206

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see201

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see198

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see195

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see191

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see187

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see182

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri