Dənizdə boğulma halları niyə artır? VİDEO
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəzər dənizində suyun səviyyəsinin azalması boğulma riskini artırır. Çünki su çəkildikcə hövzənin dib quruluşu dəyişir.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, dənizin səviyyəsinin azalması suyun temperaturuna da təsirsiz ötüşmür.
Onun sözlərinə görə, suyun temperaturunda kəskin dəyişikliklər dənizdə təhlükəsizlik baxımından nəzərə alınmalı amillərdəndir.
Mütəxəssislər qeyd edirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması nəticəsində əvvəllər su altında qalan bəzi sahələrdə çökəkliklər və digər təhlükəli ərazilər yaranır. Bu isə xüsusilə suyun dərinliyini düzgün qiymətləndirə bilməyən şəxslər üçün risk yaradır.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Qeyd edək ki, bu il Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40-dan çox şəxsin meyiti aşkarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Avqust 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















