Icma.az
close
up
RU
Dənizə çıxışı olmayan ölkənin heyranedici çimərlikləri

Dənizə çıxışı olmayan ölkənin heyranedici çimərlikləri

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Şərqi Afrikada yerləşən, dənizə çıxışı olmayan Malavi ölkəsində heyranedici çimərliklər var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, burada yerləşən nəhəng Malavi gölü o qədər böyükdür ki, onun qumlu sahilləri insana sanki dənizə baxırmış kimi təəssürat yaradır.

Malavi Afrika standartlarına görə nisbətən kiçik bir ölkədir. Şimalda Tanzaniya, şərq və cənubda Mozambik, qərbdə isə Zambiya ilə sərhədlənir. Baxmayaraq ki, ölkə tamamilə quru sərhədlərlə əhatə olunub, burada həqiqətən də gözəl olan bir neçə möhtəşəm çimərlik var. Gölün sahilləri boyunca heyranedici mənzərələr, füsunkar şəlalələr və təsirli milli parklar mövcuddur.

Çimərliklər və kurortlar

Malavidə olmuş insanlar ölkənin çimərliklərini yüksək qiymətləndirirlər. Gölün ən yaxşı sahil hissələrinin ətrafında turistlər üçün bütün gözəllikləri ilə gölü kəşf etməyə imkan yaradan kurort şəhərcikləri yerləşir.

Belə yerlərdən biri Kande çimərliyidir. O, şəffaf mavi suları və ağ qumlu sahili ilə məşhurdur. Burada otel, bar, sup board (sörf taxtası) və digər imkanlar var. Rəylərdə isə mehriban personal xüsusi vurğulanır.

Makuzi Beach Lodge da turistlərdən yüksək qiymət alıb. Qonaqlar burada həm yeməyi, həm də rahat qalmaq üçün təklif olunan çadırları tərifləyiblər.

Malavidə ziyarət edilməli ən yaxşı çimərlik Nkata körfəzidir. Burada “sakit” kurort kəndi yerləşir. Bundan başqa, Maklir burnu, Likoma adası, Chizumulu adası və Mambo adası da var.

Əlavə imkanlar

Birinci dərəcəli çimərliklərlə yanaşı, Malavi turistlərə çoxsaylı əyləncə imkanları da təqdim edir. Ölkə Afrikanın ən az dəyərləndirilən məkanlarından biri sayılır və burada əlçatan safari turlar mövcuddur.

Turistlər həmçinin Mulanje dağı, Lilongwe vəhşi təbiət mərkəzi, Majete qoruğu, Zomba yaylası, Kumbali mədəniyyət kəndi və Kuti qoruğunu da ziyarət edə bilərlər.

Təhlükəsizlik tövsiyələri

Ölkənin Xarici İşlər Nazirliyi Malaviyə səyahət etmək istəyən turistlərə bəzi tövsiyələr verir. Nazirlik xəbərdarlıq edir: “Malavidə vaxtaşırı insan oğurluqları barədə məlumatlar daxil olur. Bu oğurluqlar əsasən cinayət məqsədi ilə edilir. Bəzi hallarda oğurlanan şəxslər Böyük Britaniya vətəndaşları olub. Bu səbəbdən də qaçıranlar xariciləri də hədəf seçə bilərlər. İş adamları və varlı insanlar belə halların qurbanı olmaq riski daha yüksəkdir”.

Malavidə həmçinin soyğun və oğurluq halları da mövcuddur. Buna görə də turistlərə qiymətli əşyaları və nağd pulları otel seyflərində saxlamaq və sakit, qaranlıq küçələrdə gəzməkdən çəkinmək tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri