Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qətər Nəqliyyat Nazirliyi ölkədə ictimai təhlükəsizliyin təmin olunması məqsədilə kiçik gəmilərin dənizə çıxışını və dənizdə əyləncə tədbirlərini müvəqqəti dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, yaxta, balıqçı qayığı, istirahət qayıqları və hidrotsikl sahiblərinə növbəti bildirişədək dənizə çıxmamaq tövsiyə olunub. Qərarın aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış profilaktik tədbir olduğu vurğulanıb.
Qadağa beynəlxalq dəniz konvensiyalarının tələblərinə tabe olan gəmilərə şamil edilmir. Həmin gəmilər fəaliyyətlərini mövcud qaydalara uyğun şəkildə davam etdirəcəklər.
Qeyd edək ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman üzərində raket və pilotsuz uçuş aparatları ilə hava hücumları qeydə alınıb. Qətər hava hücumunun qarşısının alındığını açıqlayıb. Məhv edilən raketlərin qalıqlarının düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 İyul 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















