Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Dənizin sözə dönən səssizliyi Dənizçi şairlə söhbət

Dənizin sözə dönən səssizliyi Dənizçi şairlə söhbət

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Dənizin sükutu, sözün qüdrətilə yaşayan kapitan  - Faiq Balabəyli

Müsahibibimiz AXDG QSC DND-nin Gəmi kapitanı, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü və əməkdaşı, “Müstəqil.Az” saytının yaradıcısı , tanınmış şair Faiq Balabəylidir

— İlk ədəbi maraqlarınızı necə kəşf etdiniz?

— Bu, çox illər öncə olmuşdu. Ailəmizdə ədəbiyyata və folklora böyük maraq olub. Atam və məndən böyük qardaşlarım həm ucadan şeir oxuyar, həm də müxtəlif janrlarda ədəbiyyat nümunələri ilə diqqətimi çəkərdilər. Xüsusilə də rəhmətlik atam uzun qış gecələrində bizə dastanlar nəql edərdi. Elə o zamandan məndə ədəbiyyata, sözə maraq oyanmışdı. Orta məktəbdə oxuyanda sinif yoldaşlarımla yazışmalarımız, deyişmələrimiz olardı. Görürdüm ki, mənim verdiyim cavablar heca vəznində olur, qafiyələnir. Doğrusu, o ərəfələrdə şeir yazırdım, amma hər kəsdən gizlədirdim.

— Uşaqlıqda ilk yazdığınız şeirlər və hekayələrdə hansı mövzular diqqətinizi çəkirdi? Hansı duyğular sizi yazmağa sövq edirdi?

— Ən çox həcv, kənd həyatı, dostluq haqqında şeirlər yazırdım. Sözsüz ki, bu şeirlərin içərisində duyğusal mövzular da az olmurdu.

— Dəniz həyatına erkən tanışlığınız və gəmi səyahətləri sizə hansı metaforik və simvolik dünyanı açdı? Dalğaların, küləyin və sonsuz üfüqlərin yaradıcılıq dilinizdə yeri necədir?

— Bir mənalı olaraq deyim ki, dəniz mənə çox şey öyrətdi. Valideynlərimin və orta məktəb müəllimlərimin tövsiyələrindən sonra dənizlə həmsöhbət olmaq, onu tanımaq, həyatda mübariz olmağı öyrənmək xarakterimin formalaşmasında mühüm rol oynadı. Hələ bu yaşımda da dənizdən öyrənir, ondan bəhrələnirəm.

Ən əsası, insanları tanıdım. Ağır gündə bir-birinə dayaq olanları, gözlənilmədən zərbə vuranları gördüm. Harada mühafizəkar, diqqətli, ehtiyatlı olmağın, harada və kimlər üçün ürəyini dəniz kimi açmağın gərəkdiyini dənizdən öyrəndim. Dənizin hər üzü — həm çılğınlığı, həm sərtliyi — dənizçilərin təbiətində də əks olunur.

Əgər kiminsə qəlbində naqislik, riyakarlıq, dost və tanışa xəyanət, yaxud əksinə mərdlik, xeyirxahlıq və ürəyaçıqlıq varsa, o, quruda da, dənizdə də özünü göstərir. Dənizçi tənhalığa, sərt hava şəraitinə, doğmalardan uzaq qalmağa dözümlü olmalıdır. Bəzən isə mürəkkəb vəziyyətdən çıxmaq üçün onun çevik ağlı, istedadı və nəzəri biliyi ilə praktik bacarığı mühüm rol oynayır.

O ki qaldı yaradıcılığıma, tam səmimi deyim: dəniz mövzusu mənim üçün doğmadır. Yazdığım şeirlərin, publisistik yazılarımın, nəsr nümunələrimin əsas xətti dənizdən, dənizçi həyatından keçir. Tanınmış qələm adamlarının və tənqidçilərin fikirlərinə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında dəniz mövzusuna çox toxunulsa da, bu istiqamətdə ən məhsuldarlardan biri mənəm.

— XDND-də gəmi kapitanı kimi çalışmaq sizə həm həyati, həm də yaradıcılıq baxımından nə qazandırıb? Hər dalğa və liman sizin ruhunuzda hansı hekayələri oyatdı?

— Xəzər Dəniz Neft Donanması mənim ilk iş yerim olub — ta 2024-cü ilin 1 noyabrına qədər. O dövrdən isə Dəniz Nəqliyyat Donanmasında gəmi kapitanı – təmizləyici stansiyanın rəisi vəzifəsində çalışıram. Hər iki idarə AXDG QSC-nin tərkibindədir.

Sualınıza gəldikdə, XDND-də gəmi kapitanı kimi çalışmaq mənə həyati baxımdan çox şey qazandırdı. Burada ən yaxın dostlarımı tapdım, vətənpərvərliyin zirvəsini gördüm, hadisələrin mərkəzində oldum. Meydan hadisələrində, 1990-cı ilin 20 Yanvar faciəsində, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində dənizçi dostlarımla birlikdə bacardığımız qədər Vətən üçün çalışdıq.

Dostlarımın döyüşə gedib şəhid və ya qazi kimi qayıtmasının həm ağrısını, həm sevincini yaşadım. “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası – 20 Yanvar”, “Yaşıl yuxulu dəniz”, “Dənizçilərimiz Vətən müharibəsində”, “Onlar qəhrəmandır”, “Sən Vətənə bənzəyirsən”, “Dənizçi həyatı” və sair kitablarımı həmin təcrübələrin əsasında yazdım. Dənizçilərimizin Azərbaycan tarixindəki şərəfli yerini qələmə aldım.

Bəziləri isə sosial şəbəkələrdə tənqidlə yazırdılar: “Biz kitab yeyəcəyik? Bunları yazmaq əvəzinə maaş artımından yazardın.” Mən o insanlara başa saldım ki, tarixə dönüb baxmaq, qəhrəmanlarımızı xatırlamaq da vətənpərvərlikdir. Biz Cavanşirin, Babəkin, Koroğlunun övladlarıyıq, deyirik – indinin gerçəkliyində isə həm masada, həm döyüşdə qalib gələn oğulların dostları, qardaşlarıyıq. Mən onları yazdım, tarixdə qalmaq üçün.

Bəli, biz işləyirik, maaş alırıq, və bu, Azərbaycan reallığında kifayət qədər yüksək maaşdır. Amma istəyərdim ki, dənizçilərimiz daha çox dəyərləndirilsin. Bəzi həmkarlarım dünya sularında yüksək maaş alır, amma mən istəyirəm ki, onlar doğma Xəzərdə qalıb işləsinlər.

Həyat mənasına gəlincə, naşükür deyiləm, amma umacağım var. Artıq 42 ildir dənizçiyəm və donanmanın ictimai həyatında bacardığımı etmişəm. Qarşılığı nə olub? Həmkarlarımın və rəhbərliyin fərdi hörmətindən başqa heç nə.

2006-cı ildə Avropada dinimizə və peyğəmbərimizə qarşı təhqirlər ediləndə mən yeganə idim ki, adekvat cavab verdim. Nəticədə haqsız yerə “rüşvətalma” kimi iyrənc bir maddə ilə həbs olundum. İşdən çıxarıldım, imtiyazlarım, ev növbəm ləğv olundu.

Amma bu çətinliklər məni sındırmadı. 62 yaşım var, hələ də evim yoxdur, amma dənizin səxavətinə inanaraq yaşayıram. Düzdür, bu “kiçik” haqsızlıqlar məni dəfələrlə cərrah stoluna aparıb – iki dəfə ürək əməliyyatı keçirmişəm. 2016-cı ildə açıq ürək əməliyyatı, beş damar dəyişildi. 2024-cü ilin sentyabrında yenidən ürəklə bağlı stent qoyuldu. Amma indi çox gümraham və özümə söz vermişəm: yaşamağa davam edəcəyəm.

— Bəs sualımın dənizin sizə yaradıcılıq baxımından nə qazandırdığı hissəsinə nə deyə bilərsiniz?

— Bu barədə əvvəlki cavablarımda da qismən toxunmuşam. Dəniz həyatına bələd olan hər kəs mənim yaradıcılığımla tanışdır. Bu tanışlıq mənim daha çox yaşamama, yazmağa həvəs verir. Əsərlərim ondan çox dilə tərcümə edilib və bir çox ölkələrdə dərc olunub. Türkiyə, Rusiya, Qırğızıstan və başqa ölkələrdə ədəbi mükafatlara, ordenlərə layiq görülmüşəm. Azərbaycanda da ədəbiyyatla bağlı demək olar ki, bütün mükafatları almışam, Prezident təqaüdçüsüyəm.

Hamısına görə dənizə borcluyam. Dəniz mənim istedadımı üzə çıxarıb. Ən böyük əsərlərimi dənizdə, gəmidə, kayitamda yazmışam və yazmaqda da davam edirəm.

— Əsərlərinizdə real həyat hekayələri, yoxsa simvolik və poetik aləm daha çox yer tutur?

— Gerçəklikdən heç uzaq olmamışam. Amma yaradıcı təxəyyül və simvolika da yaradıcılığımda geniş yer tutur. Poetik duyğular, ifadə tərzi və s. hər zaman əsərlərimdə var.

— Dəniz və sərhədsiz məkanların simvolik mənası sizin əsərlərinizdə necə əks olunur?

— Bu suala cavab verərkən düşünürəm: necə yəni necə əks olunur? Əlbəttə, yaradıcılığımda istedadımın və müşahidələrimin verdiyi imkanlar qədər.

— Həqiqət və gözəllik — bu iki anlayış sizin poetik dünyanızda necə ahəngləşir?

— Bayaq da dedim, həqiqətlərdən bəhs etmişdim. Həqiqət acı olsa da, onun özündə bir gözəllik var. Çünki həqiqəti demək, onu təsvir etmək özü bir sənətdir. Mənim poetikamda, lirikamda, publisistikamda gözəllik ondadır ki, orada həqiqətlər qələmə alınıb. Sevgi, vətənpərvərlik, insan duyğuları — hamısında bu birləşir.

— “Sözü tutuquşu da öyrənə bilər, amma onun mahiyyətinə yalnız insan çata bilər” – bu baxımdan bu gün sözün dəyəri haqqında fikirləriniz necədir?

— Çox doğru buyurdunuz. Sözü demək və ya eşitmək kifayət deyil, onun mahiyyətinə varmaq gərəkdir. Bütün dövrlərdə söz öz aliliyində qalıb və qalacaq. Sözü dərk etməyənlər uduzurlar. Ramiz Rövşənin dediyi kimi: “Mən sözün tozunu sildim.” Bu, sözün ali məqamını göstərir.

— Həyatınızda ilk böyük seçim anı hansı olub və bu seçim sizi hansı istiqamətə yönəltdi?

— Mən heç vaxt seçim qarşısında qalmamışam. Gerçəklik nəyi diqtə edibsə, onunla mübarizə aparmışam. Atamı, anamı, Vətənimi, dilimi, dinimi seçməmişəm – çünki onlar mənim varlığımdır. Seçdiklərim dostlarım, sənətim olub.

— Gəmi kapitanlığı və bədii yaradıcılıq arasında sizin üçün hansı ortaq prinsiplər var?

— Hər ikisi önəmlidir. Gəminin kapitanı və sözün kapitanı olmaq doğrudan da şərəflidir. Amma gəmidə səhvi düzəltmək mümkün deyil – yazıdakı kimi misranı pozub yenidən yazmaq olmur. Orada hər qərar həyati məsuliyyət daşıyır.

— Ədəbiyyat vasitəsilə oxuculara ümid və ruhani dəstək vermək sizin üçün nə qədər önəmlidir?

— Çox önəmlidir. Ədəbiyyat bağlanan qapıları aça bilər, sınmış qəlbi bərpa edə bilər, dünyanı daha gözəl göstərə bilər. O, bizə keçmişimizi öyrədə, tarix elminə dəstək ola bilər. Ədəbiyyat iki düşmən xalqı belə doğru yola çəkə bilər.

Söhbətləşdi: Cahangir Namazov

(Özbəkistan)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri