Icma.az
close
up
RU
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı olub.

XQ xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi və bp-nin əməkdaşlığı ilə ərsəyə gəlmiş ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.

Açılışda bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış bu sənət istiqamətinin Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rolu vurğulayıblar.

Qeyd olunub ki, nonkonformist sənət nümayəndələri dövrün ideoloji çərçivələrindən kənara çıxaraq milli bədii ənənələri müasir ifadə vasitələri ilə sintez edərək Azərbaycan incəsənətinə yeni baxış və üslub gətiriblər. Bu irsin qorunub saxlanılması və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, yeni daimi ekspozisiyanın gənc nəsil üçün həm tarixi yaddaşın möhkəmləndirilməsi, həm də müasir yaradıcılıq üçün ilham mənbəyi olduğu bildirilib.

Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə tərəfindən dünya klassik musiqisi incilərindən nümunələr ifa olunub.

Daha sonra qonaqlar ekspozisiya ilə yaxından tanış olublar.

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın kuratorluğu ilə hazırlanmış yeni ekspozisiya zalının təmiri və dizaynı bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilib, layihə şirkətin tərəfdaşlarından olan “Greentech Solutions” MMC tərəfindən icra olunub. Təmir və dizayn həllərində müasir muzey ekspozisiya prinsipləri əsas götürülüb, əsərlərin konseptual və vizual təqdimatına xüsusi diqqət yetirilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Fazil Nəcəfov kimi sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib. Yeni daimi ekspozisiyanın yaradılması onların çoxşaxəli bədii irsini daha dolğun, sistemli və müasir muzey standartlarına uyğun şəkildə təqdim etmək məqsədi daşıyır. Qeyd edək ki, bu xarizmatik rəssamlar sosialist realizminin rəsmi ideoloji çərçivələri ilə barışmayaraq öz vizual strategiyalarını Azərbaycan incəsənətinin ənənəvi sistemi ilə Qərb avanqardının müasir tendensiyalarının sintezi üzərində qurmuşdular. Onlar yaradıcılıqlarını müasirləri olduqları dövrün dünya incəsənətində baş verən aktual tendensiyaları ilə əlaqələndirərək Azərbaycan təsviri sənətində yeni estetik və ideya axtarışlarının təməlini qoyublar.

Ekspozisiyada qeyri-rəsmi olaraq Azərbaycan nonkonformist sənətinin lideri kimi qəbul edilən Mircavad Cavadovun mifoloji təfəkkürə, simvolizmə və arxaik-folklor ünsürlərinə əsaslanan əsərləri önəmli hissəni təşkil edir.

Tofiq Cavadovun sənaye motivlərini və Abşeron mənzərələrini əks etdirən əsərləri ekspozisiyada ayrıca xətt kimi təqdim olunur.

Nonkonformist qrupun ideoloqu və nəzəri əsaslarını formalaşdıran sənətkar kimi tanınan Qorxmaz Əfəndiyevin əsərləri, Rasim Babayevin Azərbaycan mifologiyası, əfsanə və nağıllarına əsaslanan mükəmməl yaradıcılıq nümunələri ekspozisiyada xüsusi yer tutur.

Nonkonformistlər arasında fərqli yaradıcılıq xətti ilə seçilən Əşrəf Muradın əsərlərində primitivist estetika, lakonik forma həlli və qrotesk ifadə tərzi ön plana çıxır. Dərin qara fon üzərində təqdim olunan monumental fiqurlar əsərlərə güclü dramatik təsir bəxş edir.

Heykəltəraş Fazil Nəcəfovun milli və dünya mifoloji motivlərinə əsaslanan plastik nümunələri daxili enerjisi və fəlsəfi məzmunu ilə seçilir.

Ekspozisiyada nümayiş etdirilən video hazırkı rəssamlar nəslinin tanınmış nümayəndəsi Orxan Hüseynova aiddir. Bu videoda Orxan Hüseynov multimedia rəssamı kimi nonkonformistlərlə yaradıcı assosiativ dialoq qurur və Azərbaycan incəsənətində nəsillər arasındakı əlaqəni vurğulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri