Depay Trabzonspor a keçmək istəyir, ancaq...
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Məhəmməd Salahın transferi ilə dünya miqyasında səs-küy yaradan "Trabzonspor"un gündəmində indi daha bir ulduzun adı var.
Fanat.Az xəbər verir ki, klub Darvin Nunyesi icarə əsasında heyətinə qatmağa hazırlaşdığı bir vaxtda, hücum xəttinin gücləndirilməsi üçün gözlənilməz bir namizəd ortaya çıxıb.
"Korintians" ilə müqaviləsi başa çatan Memfis Depay transfer məsələsi ilə bağlı Qara dəniz təmsilçisinə müraciət edib.
İnformasiyanı "Türkiye" qəzeti yayıb.
Məlumata görə, müqaviləsini yeniləməyən və komandadan ayrılan Depay meneceri vasitəsilə "Trabzonspor"a mesaj göndərib.
32 yaşlı futbolçu Fatih Tekkenin baş məşqçisi olduğu komandaya keçməyə müsbət baxır. Lakin İstanbul klubu hazırda məhz uruqvaylı forvard transferini yekunlaşdırmağa diqqət yetirir.
"Atletiko Madrid" ilə müqaviləsi başa çatdıqdan sonra 2024-cü ildə "Korintians"a keçən Memfis daha əvvəl "Barselona", "Lion", "Mançester Yunayted", PSV kimi klublarda çıxış edib.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















